Azercell və ADA Universiteti “İdeya İnkubasiyası Proqramı”nın növbəti etapına start verir
- 25-01-2025, 14:00
- İKT
- 0
- 1 619
“Azercell Telekom” MMC və ADA Universiteti Fondunun əməkdaşlığı çərçivəsində həyata keçirilən “İdeya İnkubasiyası Proqramı”nın növbəti mərhələsi start götürüb. Ötən ildən etibarən uğurla davam edən bu proqram Azərbaycanın startap ekosisteminin gücləndirilməsinə, gənc mütəxəssislərin İT və İKT sahələrində inkişafına dəstək olmaq məqsədini daşıyır. Bu il “İdeya İnkubasiyası Proqramı”nda tələbələrdən ibarət 10 komanda birincilik uğrunda yarışacaq.
“Sizinxeber.az-Economics” xəbər verir ki, proqram çərçivəsində gənclərə real startap mühitinə uyğunlaşmaq üçün lazımi bilik və bacarıqlar aşılanacaq, müasir texnologiyaların tətbiqi öyrədiləcək. Proqram iştirakçılarının innovativ ideyalarını reallaşdırmağa dəstək olmaq üçün “Startap təfəkkürünün formalaşdırılması”, “İT Layihələrin İdarə Edilməsi”, “Minimal Viable Product (MVP) hazırlanması”, “Uğurlu startap təqdimatlarının hazırlanması” kimi mövzularda təlimlər təşkil olunacaq. Azercell əməkdaşları və ADA Universitetinin müəllimləri layihə boyunca komanda üzvlərinə mentorluq edəcəklər. Eyni zamanda, yarışçılar üçün startap ekosisteminin nümayəndələri ilə əməkdaşlıq etmək imkanı da yaradılacaq.
Proqramın yekununda qalib komanda pul mükafatı ilə təltif olunacaq. Bundan əlavə, “Azercell Telekom” MMC uğurlu layihə təkliflərini dəyərləndirərək seçilən startapçılara təcrübə proqramında iştirak imkanı təqdim edəcək.


width="220" alt="Azercell Cup 2024 qalibləri beynəlxalq olimpiadalara hazırlaşırlar" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"" />
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib" />
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir" />
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib" />
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />