İlham Əliyev: Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması Azərbaycan-ABŞ əlaqələrini keyfiyyətcə yeni pilləyə qaldırdı
sizinxeber.az xəbər saytı

İlham Əliyev: Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması Azərbaycan-ABŞ əlaqələrini keyfiyyətcə yeni pilləyə qaldırdı


Azərbaycan ilə ABŞ arasında strateji tərəfdaşlığın təşəkkülündə və dərinləşməsində Sizin əvəzsiz xidmətləriniz vardır və biz bunu yüksək qiymətləndiririk. Keçən ilin avqustunda Ağ Evdə Sizinlə tarixi görüş zamanı əsası qoyulmuş Strateji Tərəfdaşlıq Xartiyasının altı ay sonra ABŞ-nin Vitse-prezidenti Cey. Di. Vensin ölkəmizə səfəri çərçivəsində imzalanması Azərbaycan-ABŞ əlaqələrini keyfiyyətcə yeni pilləyə qaldırdı.

"Report" xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Trampa 80 illik yubileyi münasibətilə təbrik məktubunda yer alıb.

"Əldə etdiyimiz bu möhtəşəm nailiyyət Sizin sarsılmaz iradənizin və əzminizin bariz göstəricisidir. Dövlətlərarası münasibətlərimizin inkişafına daim verdiyiniz böyük önəmə və dəstəyə görə Sizə təşəkkür edirik", - Azərbaycan Prezidenti vurğulayıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev 80 illik yubileyi münasibətilə ABŞ prezidenti Donald Trampa təbrik məktubu ünvanlayıb
İlham Əliyev: Azərbaycan-ABŞ tərəfdaşlığını keyfiyyətcə yeni səviyyəyə yüksəltmək üçün yaxşı imkanlar var
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
Gürcüstan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib
Azərbaycan Prezidenti Çin Sədrini təbrik edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər