Azərbaycanda kibertəxribatın hüquqi tənzimlənməsinin əhatə dairəsi genişlənib
Müasir dövrdə kritik informasiya infrastrukturları ilə yanaşı, onlarla birbaşa və ya dolayı yolla bağlı olan digər sistemlərin də müdafiəsinin vacibliyi getdikcə artır.
"Report" xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov Bakıda keçirilən IV Milli Kibertəhlükəsizlik Forumu çərçivəsində panel müzakirələrində bildirib.
O qeyd edib ki, Milli Kibertəhlükəsizlik Mərkəzi kimi fəaliyyət göstərərkən APT hücumlarının təhlili prosesində kiber kriminalistika sahəsində olduqca mürəkkəb vəziyyətlərlə üzləşirlər: "Yaddaş sahələrinin tədqiqi zamanı aşkar edilmiş zərərli proqram nümunəsi üzərində aparılan araşdırmalar, zərərvericinin müəyyən olunması, onun komanda-kontrol serveri ilə rabitəsi və məqsədlərinin davranış modelinin üzə çıxmasına yardım etsə də, sonrakı davamlı tədqiqatlarda RAM-da "volatility", yəni müvəqqəti yaddaşda özünü kopyalaması və əlaqəli cihazlara, şəbəkələrə yayılma niyyətinin davranış modeli də aşkara çıxır".
D. Rüstəmovun fikrincə, APT (Advanced Persistent Threat) hücumlarının bu gün bu dərəcədə aktual olmasının əsas səbəbi onların nəticələrinin qısa müddətdə aradan qaldırılmasının mümkün olmamasıdır: "Bu hücumlar bizə illərlə zərər vurur, maddi itkilərə səbəb olur, cəmiyyəti və əhalini əhəmiyyətli təminatlardan məhrum edir. Yəni, sənaye sistemlərinin işinin dayandırılması, həssas məlumatların ələ keçirilməsi, dövlət sirri olan informasiyaların əldə edilməsi – bu, əslində təxribatın məlum ənənəvi formalarının onlayn vasitələrlə reallaşdırılmasıdır. Məhz bununla əlaqədar olaraq, xüsusilə Cinayət Məcəlləsi və Cinayət Prosessual Məcəlləsində müvafiq dəyişikliklər nəticəsində təxribat cinayəti ilə bağlı məsuliyyət dairəsi artırılıb və bu sahədə hüquqi bazanın möhkəmləndirilməsi təmin edilib".
Oxşar xəbərlər
Dövlət Təhlükəsizliyi Xidmətində kiber təhqiqat istiqaməti fəaliyyətə başlayıb
Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçirilir
DTX rəsmisi: "Dünyada enerji sektoruna həftədə mindən çox ciddi kiberhücum qeydə alınır"
Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçiriləcək
Saməddin Əsədov: "Rəqəmsallaşma gücləndikcə kiber təhlükəsizliyin əhəmiyyəti artır"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp dünyanı ŞOKA saldı: İran tamamilə təslim oldu!
-
Dubay şahzadəsinin azərbaycanlı keçmiş xanımı və üç qızı qaçırıldı
-
EBRD Qafqaz regionuna yeni rəhbər təyin edib
-
İranın futbol millisinə DÇ-2026-da iştirak üçün viza verilib
-
Küveyt İrana nota verib, diplomatlarını “persona-non grata” elan edib
-
Tramp: İran artıq nüvə silahı istehsal etməyəcəyinə razılaşıb
