Nazirlik: Son altı ayda 200 iri hücumlu DDoS hücumu zərərsizləşdirilib
Son altı ayda ölkə üzrə 2000 zərərli kontent yayan resurs məhdudlaşdırılıb, 200 iri hücumlu DDoS hücumu zərərsizləşdirilib.
“APA-Economics” xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov Bakıda keçirilən “IV Milli Kibertəhlükəsizlik Forumu”nda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, eyni zamanda 1.5 milyondan çox informasiya sızıntısı faktı aşkarlanıb, 160 min domen yoluxmasının qarşısı alınıb: "Ötən dövrlərdə ölkə səviyyəsində kiber təhlükəsizliklə bağlı məlumat mübadiləsinin həyata keçirilməsi və informasiya məkanının müasir təhdidlərdən və kiber hücumlardan qorunması məqsədilə vahid kiber təhlükəsizlik platforması yaradılıb. Hətta hazırda 50-dən çox qurum bu platformaya qoşulub və şəbəkənin daha da genişləndirilməsi aparılır. Əlbəttə ki, kiber təhlükəsizlik yalnız texniki həllərlə təmin edilmir. Bu sahədə insan amili həlledici rol oynayır. Məhz buna görə də maarifləndirmə fəaliyyəti hamımız üçün əhəmiyyət daşıyır".
O həmçinin bildirib ki, ötən dövr ərzində ölkədə 700-dən çox maarifləndirmə tədbiri keçirilib, təxminən 48 min vətəndaş kiber təhlükəsizlik mövzusunda məlumatlandırılıb.
"Son üç il ərzində Azərbaycan Kiber Təhlükəsizlik Mərkəzində 360-a yaxın mütəxəssis hazırlanıb, onların 86%-nin artıq işə qəbul olunması barədə məlumatımız var. Dövlət və özəl qurumlarda 120 kiber təhlükəsizlik mütəxəssisi ixtisasartırma proqramına cəlb olunmuş və 53 təşkilatda kiber maarifləndirmə təlimləri həyata keçirilib " - deyə nazir müavini qeyd edib.
Oxşar xəbərlər
Milli Kiber Təhlükəsizlik Agentliyinin fəaliyyət istiqamətləri açıqlanıb
ETX: İnformasiya təhlükəsizliyi ilə bağlı minimal kibertəhlükəsizlik tələbləri formalaşdırılır
Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçirilir - FOTO
Nazir müavini: Dünya üzrə kibercinayətkarlığın zərəri trilyon dollarlarla hesablanır
Dövlət Xidməti: Kibercinayətkarlar daha çox fərdi istifadəçiləri hədəf alır - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp dünyanı ŞOKA saldı: İran tamamilə təslim oldu!
-
Dubay şahzadəsinin azərbaycanlı keçmiş xanımı və üç qızı qaçırıldı
-
İranın futbol millisinə DÇ-2026-da iştirak üçün viza verilib
-
EBRD Qafqaz regionuna yeni rəhbər təyin edib
-
Azərbaycan daşımalarla bağlı Çinlə birbaşa məlumat mübadiləsi qurmağa başlayıb
-
Küveyt İrana nota verib, diplomatlarını “persona-non grata” elan edib
