DTX rəsmisi: "Dünyada enerji sektoruna həftədə mindən çox ciddi kiberhücum qeydə alınır"
sizinxeber.az xəbər saytı

DTX rəsmisi: "Dünyada enerji sektoruna həftədə mindən çox ciddi kiberhücum qeydə alınır"


Enerji sahəsi kritik infrastruktur qurumları arasında kiberhücumların ən geniş miqyasda hədəf aldığı sektordur.

"Sizinxeber.az" xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov Bakıda keçirilən IV Milli Kibertəhlükəsizlik Forumu çərçivəsində panel müzakirələrində bildirib.

O qeyd edib ki, bunun əsas səbəbi enerjinin olmamasının digər sahələrin işinin də pozulmasına gətirib çıxarmasıdır: "Dünyada hazırlanan hesabatlara nəzər saldıqda aydın olur ki, enerji sektoru bu 10 kritik infrastruktur sahəsinin (bəzi dövlətlərdə 12, bəzi dövlətlərdə isə 8 sahə olaraq təsnif edilib) ən başında gəlir və ən prioritet sektor hesab olunur. Bu sahədə hücumlar, demək olar ki, müxtəlif mənbələrə istinadən bildiririk, həftədə mindən artıq ciddi hücum qeydə alınır. Qlobal miqyasda bu meylın sürətlə artması müşahidə edilir".

D. Rüstəmovun sözlərinə əsasən, eyni zamanda APT, yəni dövlət tərəfindən dəstəklənən hücumlar da mövcuddur:

"Dövlət dəstəkli hücumların adi hücumlardan fərqləndiyini hamımız yaxşı dərk edirik. Arxasında dövlət dəstəyinin dayandığı bildirilən hallarda xüsusi xidmət orqanlarının iştirakı aşkar görünür və bu təhdidin növü olduqca ciddi xarakter daşıyır. Bu cür təhdidlər heç bir halda adi fəaliyyət sayıla bilməz. Bu təhdid növü dövlətin kritik informasiya infrastrukturunu hədəfə almağı da prioritet vəzifə kimi müəyyənləşdirir. Bu seçimlərində çox qətiyyətlidir, yəni davamlılığı və sistemdə qalıcılığı təmin etmək məqsədi güdür. Bu sahədəki təcrübə göstərir ki, belə hücumlar 200-300 gün keçdikdən sonra üzə çıxır və bu hücumlar tam şəkildə qalıcılığı təmin etməyə yönəlib".

Oxşar xəbərlər

Dövlət Təhlükəsizliyi Xidmətində kiber təhqiqat istiqaməti fəaliyyətə başlayıb
Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçirilir
Dünyada oğurlanmış istifadəçi məlumatları ilə edilən kiberhücumların sayı ötən il 71 faiz artıb
Azərbaycana qarşı kiberhücumların ən çox yönəldiyi sahələr açıqlanıb
Səfir: "Ukrayna kibertəhlükəsizliklə bağlı yeni infrastruktur yaradıb"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər