Ağdam Sənaye Parkında polietilen boru istehsal ediləcək
sizinxeber.az xəbər saytı

Ağdam Sənaye Parkında polietilen boru istehsal ediləcək


Ağdam Sənaye Parkının yeni rezidenti plastik tullantıların təkrar emalı, qofra və yüksək təzyiqə davamlı polietilen boru istehsalı layihəsi həyata keçirəcək.

Bu barədə "Report"a İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyindən bildirilib.

Məlumata əsasən, "Ceer Plastik" MMC-yə Agentliyin idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidenti statusu verilib.

Layihənin investisiya dəyəri 5 milyon manatdır.

Ağdam Sənaye Parkında 31 sahibkarlıq subyektinə rezidentlik, 5 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Sənaye parkında həyata keçirilən layihələr üzrə sahibkarlar tərəfindən indiyədək 172 milyon manatdan çox investisiya qoyulub, 1 000-dən artıq iş yeri yaradılıb. Rezidentlərin sayına görə ölkə üzrə 2-ci yerdə olan Sənaye Parkında istehsal olunan məhsullar yerli tələbata yönləndirilməklə yanaşı, ixrac olunur.

Oxşar xəbərlər

Ağdam Sənaye Parkında velosiped istehsal ediləcək
Sumqayıt Sənaye Parkında polistirol qida qablaşdırma altlığı istehsal ediləcək
Ağdam Sənaye Parkında istehsal edilən məhsulların istifadəsinə başlanılıb
“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında boya fırçası istehsal ediləcək
Ağdam Sənaye Parkında yeni istehsal sahəsi yaradılır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər