EBRD Qafqaz regionuna yeni rəhbər təyin edib
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Tomas Kairysi Qafqaz regionu üzrə direktor və rəhbər vəzifəsinə təyin edib.
Bu barədə "APA-Economics"ə Bankdan bildirilib. Məlumata görə, təyinat 2026-cı il sentyabrın 1-dən qüvvəyə minəcək. Tomas Kairys bu vəzifədə 2026-cı ilin sentyabrında EBRD-də uzunmüddətli karyerasını başa vuraraq təqaüdə çıxacaq Alkis Drakinosu əvəz edəcək.
Məlumata görə, Gürcüstanın paytaxtı Tbilisidə fəaliyyət göstərəcək Tomas Kairys EBRD-nin Azərbaycan, Gürcüstan və Ermənistanı əhatə edən Qafqaz regionu üzrə əməliyyatlarına rəhbərlik edəcək.
Litva vətəndaşı olan Tomas Kairys EBRD-yə 2006-cı ildə özəl sektordan qoşulub. O, 2011-2015-ci illərdə İstanbulda fəaliyyət göstərərək bankın Türkiyədə ilk hüquqi nümayəndəliyinin yaradılmasına rəhbərlik edib və region üzrə geniş təcrübə qazanıb.
Tomas Kairys 2022-ci ildən bankın Baltik ölkələri üzrə regional rəhbəri və Vilnüs nümayəndəliyinin başçısı olub. Onun rəhbərliyi dövründə Baltik ölkələrində dörd il ardıcıl olaraq rekord investisiya göstəriciləri qeydə alınıb. Bu müddətdə AYİB regiona 1,9 milyard avro investisiya yatırıb.
Bank qeyd edib ki, Tomas Kairys yeni vəzifəsində zəngin əməliyyat və siyasət təcrübəsi, EBRD-nin maliyyə alətləri üzrə dərin biliyi və müxtəlif bazarlarda rəhbərlik təcrübəsi ilə Qafqaz regionundakı fəaliyyətə töhfə verəcək.
Oxşar xəbərlər
Azərbaycan EBRD ilə yeni əməkdaşlıq perspektivlərini müzakirə edib
EBRD ilə Azərbaycandakı makroiqtisadi mühit müzakirə edilib
EBRD prezidenti COP29-da bankın nümayəndə heyətinə rəhbərlik edəcək
EBRD Cənubi Qafqazda əməkdaşlığın genişləndirilməsini dəstəkləməyə hazırdır
Avropa Yenidənqurma və İnkişaf Bankına yeni vitse-prezindent təyin edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Metro və avtobus sərnişinlərinə ŞAD XƏBƏR
-
XİN: Azərbaycan-Ermənistan normallaşma və sülh prosesi müzakirə olunub – YENİLƏNİB
-
SOCAR ilə "SLB" arasında əməkdaşlığın inkişafı müzakirə olunub
-
SOCAR beynəlxalq iştirakını genişləndirir və "upstream" layihələri üzrə strategiyasını transformasiya edir
-
Türkiyə Sudanda sülh üçün səylərini davam etdirəcək
-
SOCAR ilə "Chevron" birgə layihələrin həyata keçirilməsi imkanlarını müzakirə ediblər
