Ukrayna təhlükəsizliklə bağlı 70 ölkəni riskli siyahıya daxil edib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
04 
in
2026
13:00
ff

Ukrayna təhlükəsizliklə bağlı 70 ölkəni riskli siyahıya daxil edib

04 in, 2026
13:00
763

Ukrayna təhlükəsizliklə bağlı 70 ölkəni riskli siyahıya daxil edib

Ukraynada təhlükəsizliklə bağlı 70 ölkənin daxil olduğu riskli siyahı tərtib edilib.

Bunu "Report"un Şərqi Avropa bürosuna müsahibəsində Ukrayna Miqrasiya Xidmətinin rəhbəri Natalya Naumenko deyib.

Onun sözlərinə görə, təhlükəsizlik amili bu gün xarici vətəndaşların Ukrayna ərazisinə buraxılmasında əsas müəyyənedici amildir:

"Müharibənin başlanması ilə təhlükəsizlik protokolları kökündən dəyişdi. Bundan əlavə, Dövlət Miqrasiya Xidməti hüquq-mühafizə orqanları ilə birgə bu dörd il ərzində, Ukrayna ərazisində daimi, müvəqqəti yaşayış icazəsi rəsmiləşdirən və ya bu cür icazələrin rəsmiləşdirilməsi prosedurlarına və ya vətəndaşlığın rəsmiləşdirilməsi prosedurlarına daxil olan bütün xarici vətəndaşların profillərini yoxladı. Biz təhlükəsizlik amilinə təsir edə biləcək şəxsləri aşkara çıxarmaq üçün daim ölkə ərazisində həm müstəqil olaraq, həm Ukrayna Təhlükəsizlik Xidməti ilə, həm Ukrayna Milli Polisi ilə miqrant əməliyyatları keçiririk. Əgər diversantlar və ya xaricdən agentlər haqqında danışırıqsa, bir neçə müstəvidə danışaq".

Xidmət rəhbəri deyib ki, Ukrayna ərazisinə giriş üçün viza almağa cəhd edəndə, Ukrayna XİN işə qarışır və bu da təhlükəsizlik yoxlamasının ilk mərhələsidir:

"Həmçinin bizdə riskli ölkələr siyahısı var. Bu siyahıda 70-dən çox ölkədir. Onların həm sənədlərini, həm əlaqələrini, həm tarixçələrini, həm sosial şəbəkələrdəki fəallıqlarını, həm Ukraynada vəziyyətlə bağlı dediklərini və s. daha dərin yoxlayırıq".

Müsahibənin tam mətnini buradan oxuya bilərsiniz

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul