Böyük Qaladərəsi sakini: 32 yaşımda köçkün düşdüm, oğlumun 34 yaşında geri döndük
sizinxeber.az xəbər saytı

Böyük Qaladərəsi sakini: 32 yaşımda köçkün düşdüm, oğlumun 34 yaşında geri döndük


Şuşanın Böyük Qaladərəsi kəndinin sakini Nurəddin Cabbarov 32 yaşında kənddən köçkün düşdüyünü, oğlunun 34 yaşında geri döndüyünü bildirib.

O, "Report"un Şuşaya ezam olunan əməkdaşına açıqlamasında övladının toyunu doğma kənddə edəcəyinə görə çox sevindiyini deyib.

N.Cabbarov bundan sonra kənddə rahat yaşayacaqlarını vurğulayıb:

"Böyük Qaladərəsindən 32 yaşım olanda üç ailə üzvümlə çıxmışdım. İndi geri döndüyümüzdə oğlumun artıq 34 yaşı var. Oğlum nişanlıdır, toyunu burada edəcəyimizə görə çox sevincliyəm. Məcburi köçkünlük dövründə Beyləqan, Xızı, Beyləqan, Ağcabədi, İsmayıllı rayonlarında, daha sonra Bakının müxtəlif ərazilərində yaşadıq. Nəhayət, kəndimiz azad edildi və buraya qayıtdıq. İnşallah, bundan sonra yurdumuzda rahat yaşayacağıq".

Oxşar xəbərlər

Xocalı sakini: 10 yaşında tərk etdiyim kəndimizə 10 övladımla birlikdə qayıtdım
Xocalı sakini: 10 yaşında tərk etdiyim kəndimizə 10 övladımla qayıtdım
Suqovuşan sakini: Uzunmüddətli köçkün həyatından sonra artıq şəraitli evlərimizdə yaşayacağıq
Xocalı sakini: Məcburi köçkün düşdükdən sonra doğma yurdun həsrəti ilə yaşayırdıq
Xocalı rayonu Xanyurdu sakini: Altı nəfərlə çıxmışdıq, altı ailə ilə geri döndük

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər