Deputat: "Kəndlilərin subsidiyalardan kənarda qalması aqrar sahənin inkişafına ciddi ziyan vura bilər"
Azərbaycanda kəndlilərin müxtəlif mexanizmlərlə subsidiyalardan kənarda saxlanılması aqrar sahənin inkişafına ciddi ziyan vura bilər.
"Sizinxeber.az" xəbər verir ki, bunu deputat Əli Məsimli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.
Onun sözlərinə görə, əvvəllər Azərbaycanda kəndli birbaşa bələdiyyədən, dövlətdən torpaq alırdı, onu əkib-becərirdi: "İcarəyə götürdüyü həmin torpağa görə kəndli ona əlçatan səviyyədə icarə haqqı ödəyirdi. Eyni zamanda, o, subsidiya alırdı və xərclərinin bir hissəsini də həmin subsidiya hesabına qarşılaya bilir, təsərrüfatını davam etdirirdi. Amma sonradan bu sahədə edilən dəyişikliklərdən sonra vəziyyət dəyişib. Artıq torpaq dövlətdən deyil, başqa qurumdan icarəyə götürüləndə kəndli əvvəlkindən bir neçə dəfə artıq, ödəyə bilməyəcəyi səviyyədə icarə haqqı verməyə başlayır. Digər tərəfdən isə subsidiyadan yararlana bilmir. Bu da kənd təsərrüfatı ilə məşğul kəndlinin vəziyyətini xeyli ağırlaşdırır. Hesab edirəm ki, bu istiqamətdə qanunvericilik sənədlərində uyğunlaşdırmaların aparılması yaxşıdır. Ancaq qaldırdığım məsələlərin aradan qaldırılması üçün hüquqi-normativ aktlarda da müvafiq dəyişikliklərin edilməsi çox vacibdir. Buna görə də hüquqi-normativ aktlarda və bununla bağlı təşkilati məsələlərdə qeyd etdiyim məqamlar mütləq nəzərə alınmalıdır".
Oxşar xəbərlər
Azərbaycanda dincə qoyulmuş torpaq sahələrinə və camış balasına görə subsidiya veriləcək
Azərbaycanda maliyyə icarəsi xidmətlərinin dəyəri azala bilər
Deputat: “Azərbaycanda özəl sektor elmin maliyyələşdirilməsinə cəlb edilməlidir”
Əli Məsimli: "Elm və təhsilə dair strategiyanın hədəflərinə nail olunmayıb"
Tahir Rzayev: "Son 30 ildə aqrar sektora dair 350-dən çox qanun qəbul edilib"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp dünyanı ŞOKA saldı: İran tamamilə təslim oldu!
-
Dubay şahzadəsinin azərbaycanlı keçmiş xanımı və üç qızı qaçırıldı
-
EBRD Qafqaz regionuna yeni rəhbər təyin edib
-
İranın futbol millisinə DÇ-2026-da iştirak üçün viza verilib
-
Küveyt İrana nota verib, diplomatlarını “persona-non grata” elan edib
-
Tramp: İran artıq nüvə silahı istehsal etməyəcəyinə razılaşıb
