Assosiasiya: Azərbaycanda gün ərzində yüz minlərlə kiberhücum qeydə alınır
sizinxeber.az xəbər saytı

Assosiasiya: Azərbaycanda gün ərzində yüz minlərlə kiberhücum qeydə alınır


Azərbaycanda informasiya sistemlərinə qarşı gün ərzində yüz minlərlə kiberhücum cəhdi müşahidə olunur və qeydə alınan göstəricilər mövcud təhdidlərin yalnız görünən hissəsini əks etdirir.

Sizinxeber.az-Economics” xəbər verir ki, bu barədə Azərbaycam Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının İdarə Heyətinin sədr müavini Rauf Cabbarov Bakıda keçirilən “IV Milli Kibertəhlükəsizlik Forumu”nda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, forum zamanı təqdim olunan statistika kibertəhdidlərin miqyasının getdikcə artdığını göstərir.

“Gün ərzində yüz minlərlə hücum sayı baş verir və bu əslində prosesin görünən tərəfidir. Aysberqin görünməyən hissəsində isə hücumların sayı dəfələrlə çoxdur. Məhz bu səbəbdən forumda beynəlxalq əməkdaşlıq məsələlərinə xüsusi diqqət ayrılır:

“Beynəlxalq əməkdaşlıq vasitəsilə xarici ölkələrdən qaynaqlanan kiberhücumların qarşısının alınması istiqamətində daha effektiv fəaliyyət göstərmək mümkündür. ”, – deyə o vurğulayıb.

"Həmçinin xarici İT həllərindən asılılığın azaldılması üçün yerli məhsul və xidmətlərin sayını artırmalıyıq. Bu, gələcəkdə ölkənin texnoloji müstəqilliyinin gücləndirilməsi baxımından vacib istiqamətlərdən biridir"- deyə Rauf Cabbarov əlavə edib.

Oxşar xəbərlər

AKTA: Azərbaycanda kibertəhlükəsizlik şirkətlərinin sayının artırılması prioritetdir
Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçirilir - FOTO
Dövlət Xidməti: Kibercinayətkarlar daha çox fərdi istifadəçiləri hədəf alır - FOTO
Milli Kiber Təhlükəsizlik Agentliyinin fəaliyyət istiqamətləri açıqlanıb
Nazirlik: Son altı ayda 200 iri hücumlu DDoS hücumu zərərsizləşdirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər