ADSEA: Şuşada çirkab suların təmizlənməsi qurğusu inşa edilir
sizinxeber.az xəbər saytı

ADSEA: Şuşada çirkab suların təmizlənməsi qurğusu inşa edilir


Hazırda Şuşa şəhərinin yağış və çirkab sularının təmizləyici qurğusunun tikinti işləri aparılır.

APA-Economics” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Xankəndiyə mediaturu çərçivəsində Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədr müavini İlham Quliyev deyib.

O qeyd edib ki, qurğu şəhərin yağış və tullantı sularının yığılması və təmizlənməsi üçün nəzərdə tutulub:

“Yağış suları 1200 millimetr diametrli borular vasitəsilə yığılır və təmizləyici qurğuya verilir. Eyni zamanda, 600 millimetr diametrli borular vasitəsilə çirkab suları yığılır və çirkab su təmizləyici qurğusuna ötürülür. Orada normativlərə uyğun şəkildə təmizlənir və ondan sonra Qarqar çayına axıdılır ki, həmin sudan növbəti mərhələdə suvarma məqsədləri üçün istifadə olunsun.

Çox güman ki, yaxın zamanlarda bu işlər yekunlaşacaq və Şuşa şəhərinin həm yağış sularının yığılması, həm də çirkab sularının yığılması və təmizlənməsi təmin ediləcək”.

Oxşar xəbərlər

Qarabağ və Şərqi Zəngəzurda mərkəzləşdirilmiş təmizləyici qurğular tikiləcək
ADSEA: Qarabağda su-meliorasiya idarəsinin işçilərinin çoxu keçmiş məcburi köçkünlərdir
ADSEA: Yağış sularının toplanılması ilə bağlı prosesin ilkin mərhələsinə başlanılıb
Xankəndidə su təsərrüfatı üzrə abonentlərin sayı açıqlanıb
ADSEA: Şuşada 30 istehlakçı və 535 abonentə xidmət göstərilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər