Nazir: Qırğız Respublikası transsərhəd enerji dəhlizlərinin inkişafı üzrə birgə layihələrdə iştirak etməyə hazırdır
Qırğız Respublikası hidroenergetika, günəş və külək enerjisi, enerji infrastrukturunun modernləşdirilməsi, eləcə də transsərhəd enerji dəhlizlərinin inkişafı sahələrində birgə layihələrin həyata keçirilməsində fəal iştirak etməyə hazırdır.
"APA-Economics" xəbər verir ki, bu barədə 31-ci Bakı Enerji Forumunda çıxış edərkən Qırğız Respublikasının energetika naziri Taalaybek İbrayev bildirib.
"Əminəm ki, regional əməkdaşlığın daha da möhkəmləndirilməsi Mərkəzi Asiyanın dayanıqlı enerji inkişafı sahəsində aparıcı regionlardan birinə çevrilməsinə imkan verəcək, dövlətlərimizin enerji təhlükəsizliyini təmin edəcək və bütövlükdə regionun rifahına xidmət göstərəcəkdir", - nazir qeyd edib.
Onun sözlərinə görə, Qırğız Respublikası regional əməkdaşlığı qarşıda duran vəzifələrin həyata keçirilməsi üçün ən mühüm alətlərdən biri kimi qiymətləndirir.
"Qırğız Respublikası enerji keçidinin sürətləndirilməsinə yönəlmiş yeni regional təşəbbüslərə xüsusi əhəmiyyət verir", - Taalaybek İbrayev vurğulayıb.
Oxşar xəbərlər
Özbəkistanlı nazir: Azərbaycanla Yaşıl Enerji Dəhlizi üzrə əməkdaşlığı gücləndiririk
Nazir: Qazaxıstan qonşu ölkələrlə elektrik enerjisi ticarətini genişləndirməyi planlaşdırır
Qırğızıstanlı nazir: "Mərkəzi Asiyada "yaşıl elektrik enerjisi"nin ən böyük istehsalçılarındanıq"
Türkiyəli nazir: Azərbaycan elektrik enerjisi ilə də regional enerji təhlükəsizliyinə töhfə verəcək
Azərbaycanda “D-8 Enerji və İqlim Mərkəzi”nin yaradılması müzakirə edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ İrana zərbələr endirdi
-
Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq edib
-
İlham Əliyev: Zəngəzur dəhlizi mütləq inşa ediləcək
-
Cüdoçularımız Avropa Kubokunu 5 medalla tamamladı
-
Overçuk: Ermənistanın heç vaxt Rusiya qazından başqa qazı olmayacaq
-
Pezeşkian istefa verib? - Hökumətdən açıqlama
