İran XİN: Zənginləşdirilmiş uranla bağlı heç bir danışıq aparılmayıb
sizinxeber.az xəbər saytı

İran XİN: Zənginləşdirilmiş uranla bağlı heç bir danışıq aparılmayıb


Zənginləşdirilmiş uranla bağlı heç bir danışıq aparılmayıb.

Sizinxeber.az-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bugünkü brifinqdə ABŞ Prezidenti Donald Trampın İranın zənginləşdirilmiş uran məsələsinin həllində Çinin köməyi ilə bağlı iddiasına münasibət bildirərkən deyib.

Bəqainin sözlərinə görə, İran nüvə məsələsi üzrə nə vaxt zərurət yaransa, hansı addımı atacağını yaxşı bilir və bu mərhələdə nüvə mövzuları ilə bağlı heç bir danışıq aparılmayıb.

O əlavə edib ki, qarşı tərəf daim mövqeyini dəyişir, yeni tələblər irəli sürür və ziddiyyətli mesajlar göndərir, bu isə danışıqlar prosesini uzadır.

Bəqai nüvə danışıqlarının mümkün gedişi ilə bağlı əlavə detal verməyib.

Oxşar xəbərlər

İran XİN sözçüsü: Diqqətimiz müharibənin başa çatmasına yönəlib
İran tərəfi zənginləşdirilmiş uranın müzakirəsini hazırkı mərhələdə mənasız sayır
İran XİN: Danışıqların təfərrüatları ilə bağlı mediada yayılan ehtimalları rədd edib
İran XİN: ABŞ-la nüvə danışıqlarının keçirilməsi barədə hələ qərar verilməyib
İran XİN danışıqların təfərrüatları ilə bağlı mediada yayılan ehtimalları rədd edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər