Gürcüstanlı analitik: Ermənistandakı parlament seçkiləri Qərbin ikili standartlarını bir daha üzə çıxardı
"Qərb dairələrinin digər ölkələrdə seçkilərlə bağlı xırda nöqsanları belə sərt tənqid etdiyi halda, Ermənistanda keçirilən sonuncu parlament seçkilərində qeydə alınan pozuntulara münasibətdə səssiz qalması müxtəlif suallar doğurur".
Bunu "Report"un Gürcüstan bürosuna açıqlamasında gürcüstanlı analitik, professor, "Vahid Neytral Gürcüstan" partiyasının regional katibi Levan Nikoleişvili bildirib.
Onun sözlərinə görə, Ermənistandakı sonuncu seçkilər bir daha müxtəlif xarici təsir mərkəzlərinin siyasi proseslərə yanaşmasındakı fərqli münasibəti ortaya qoyub:
"Ermənistandakı parlament seçkiləri Qərbin ikili standartlarını bir daha üzə çıxardı. Bu seçkilər bir daha maraqlı bir reallığı da göstərdi. Belə ki, müxtəlif təsir rıçaqlarına malik qüvvələr öz gündəliklərini istədikləri şəkildə həyata keçirməyə çalışdılar. Bu baxımdan, seçkilərin nə dərəcədə demokratik keçirilməsi onlar üçün həmişə əsas məsələ olmadı. Əsas məqsəd dəstək verdikləri siyasi qüvvələrin hakimiyyətə gəlməsi idi. Buna görə də seçki pozuntularına və mümkün manipulyasiyalara çox zaman göz yumulurdu".
Analitik qeyd edib ki, oxşar yanaşmalar daha əvvəl Moldova və Rumıniyada da müşahidə olunub. Onun fikrincə, müəyyən Qərb dairələrinin konkret siyasi qüvvələrə dəstəyi onların öz geosiyasi gündəliyi ilə bağlıdır:
"Burada başqa bir problem də mövcuddur. Avropa İttifaqındakı bəzi bürokratik dairələr Cənubi Qafqaz ölkələrinin tarixi, ənənələri, mədəniyyəti və ictimai düşüncə tərzini kifayət qədər nəzərə almırlar. Halbuki regionun özünəməxsus xüsusiyyətləri var və burada siyasi proseslər milli dəyərlərlə sıx bağlıdır.
Region ölkələrinin ictimai rəyini və milli maraqlarını nəzərə almadan onların daxili proseslərinə təsir göstərmək cəhdləri müəyyən dövrlərdə nəticə versə də, uzunmüddətli perspektivdə uğurlu olmayacaq. Hazırda regionda müharibə yoxdur, ölkələr qarşılıqlı əməkdaşlıq və iqtisadi inkişaf haqqında düşünürlər. Belə bir şəraitdə xarici təsir cəhdləri davamlı nəticə verə bilməz", - ekspert qeyd edib.
Oxşar xəbərlər
Ermənistandakı seçki pozuntuları Avropa institutlarının ikili standartlarını göstərdi - RƏY
Avropa strukturları Ermənistandakı seçki pozuntularını görmək və eşitmək istəmir - RƏY
Qərbin ikili standartları Ermənistandakı son hadisələrdə də özünü göstərdi - RƏY
Paşinyan: Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilməyəcək
Korotçenko: Bugünkü seçkilər Azərbaycanın siyasi sabitliyini təsdiqləyir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Şəmkirdə “Ford” yük avtomobilinə çırpılıb, bir nəfər ölüb
-
Tramp ABŞ millisinə DÇ-2026 öncəsi uğurlar arzulayıb
-
DÇ-2026: ABŞ - Paraqvay oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
DÇ-26: ABŞ 4 qol vuraraq 3 xalı qazanıb
-
"Reuters": BƏƏ İranın dondurulmuş səhmlərinin bir hissəsini aktivləşdirib
-
Alina Xələfova: "Miniboss Biznes Məktəbi"nin məzunları ailə bizneslərini idarə etməyə hazırdır
