Naxçıvanda 11 gün əvvəl partlayış nəticəsində xəsarət alan şəxs Bakıda xəstəxanada ölüb
sizinxeber.az xəbər saytı

Naxçıvanda 11 gün əvvəl partlayış nəticəsində xəsarət alan şəxs Bakıda xəstəxanada ölüb


Naxçıvanda 11 gün əvvəl qaz partlayışı nəticəsində xəsarət alan şəxs Bakıda xəstəxanada ölüb.

"Sizinxeber.az"un yerli bürosu xəbər verir ki, noyabrın 12-də qaz partlayışı nəticəsində yanıq xəsarətləri alan Rakif İmran oğlu Cəfərov həkimlərin səylərinə baxmayaraq, ötən gecə Bakı şəhərində müalicə aldığı xəstəxanada ölüb.

Qeyd edək ki, hadisə noyabrın 12-də Naxçıvanda, Babək rayonunun Cəhri qəsəbəsində baş verib. Hadisə nəticəsində evdə olan Rakif Cəfərov və oğlu Ramin Cəfərov qaz partlayışı nəticəsində yanıq xəsarətləri alıblar. Onlar vəziyyətləri ağır olduğundan Bakıdakı xəstəxanlardan birinə yerləşdiriliblər.

Oxşar xəbərlər

Bir neçə gün öncə yanıq xəsarətləri alan şəxs xəstəxanada vəfat edib
Təkər emalı müəssisəsində yanıq xəsarətləri alan fəhlə xəstəxanada ölüb
Naxçıvanda avtomobil qəzasında xəsarət alan kişi 4 gün sonra xəstəxanada ölüb
Bir həftə öncə yanan fəhlə xəstəxanada ölüb
Sumqayıtda evdə partlayış olub, xəsarət alan var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər