Hidayət Abdullayev: "DOST modeli sosial xidmətlərin göstərilməsini kökündən dəyişib"
DOST modelinin yaradılması Azərbaycanda sosial xidmətlərin təqdim edilmə formatını kökündən dəyişib.
"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində təşkil olunmuş panel müzakirələrində bildirib.
O bildirib ki, son illərdə Azərbaycan vətəndaşların həyat səviyyəsinin yüksəldilməsinə, sosial təminatın əhatə dairəsinin genişləndirilməsinə, həmçinin innovativ həllər və rəqəmsallaşma yolu ilə dövlət xidmətlərinin transformasiyasına istiqamətlənmiş geniş sosial islahat proqramını reallaşdırıb: "Bu transformasiyanın əsas elementlərindən biri sosial xidmətlərin təqdim olunma qaydalarını kökündən dəyişən DOST modelinin yaradılması olub. Məşğulluq, sosial müdafiə, əlillik, reabilitasiya və əməklə əlaqəli xidmətləri vahid mərkəzdə cəmləşdirməklə, DOST dövlət xidmətlərinin göstərilməsində vətəndaşyönümlü, effektiv və şəffaf yanaşmanı tətbiq edib".
H. Abdullayevin sözlərinə əsasən, bu gün Azərbaycanın ambisiyası xidmət göstərilməsinin özündən daha geniş miqyas alıb: "Sosial problemlər getdikcə daha mürəkkəbləşdikcə, ölkələrin daha güclü analitik potensialına, rəqəmsal texnologiyaların daha səmərəli tətbiqinə, bilik paylaşımı və siyasət innovasiyası üçün daha təsirli mexanizmlərə ehtiyacı yaranır. Məhz bu səbəbdən DOST Mükəmməllik Mərkəzinin təsis edilməsi təşəbbüsü həm vaxtında həyata keçirilən, həm də son dərəcə əhəmiyyətli bir addımdır. Mərkəz tədqiqat, innovasiya, potensialın gücləndirilməsi və beynəlxalq əməkdaşlıq platforması qismində nəzərdə tutulub. O, praktiki təcrübənin tətbiqi biliyə çevrilməsinə dəstək verəcək, ölkələr və regionlar arasında uğurlu sosial siyasət həllərinin mübadiləsini təşviq edəcək".
Nazir müavini İslam İnkişaf Bankı Qrupunun üzv dövlətləri arasında daha möhkəm əməkdaşlığın daha dayanıqlı, inklüziv və gələcəyə uyğun sosial müdafiə sistemlərinin qurulmasına mühüm töhfə verə biləcəyinə əminliyini ifadə edib: "İnanıram ki, bu günkü müzakirələr dəyərli ideyalar və tərəfdaşlıq imkanları ortaya qoyacaq".
Oxşar xəbərlər
IsDB: Azərbaycanın DOST modeli digər ölkələrdə tətbiq edilə bilər
DOST Agentliyi dövlət xidmətlərinin layihələndirilməsi və göstərilməsi üsulunu dəyişməyi hədəfləyir
DOST mərkəzi: Yaxın zamanda Azərbaycanda e-sosial platforması yenilənəcək
Son dörd ayda “Könüllü DOST” proqramına 500-dən çox şəxs cəlb olunub
Bu il Laçın və Füzulidə “Smart DOST” məntəqələri yaradılacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlham Əliyev: "Bu gün yoxsulluğun və işsizliyin səviyyəsi təqribən 5 faiz təşkil edir"
-
Ağakərim Səmədzadə: "Azərbaycan ekoloji siyasəti iqtisadiyyatın bütün əsas sahələrinə inteqrasiya edir"
-
Cəlal Hüseynov: "Rumıniya klubuna keçidim karyeramda irəliyə atılan addımdır"
-
"İnter" Marko Palestra üçün "Atalanta"ya təklif göndərib
-
Neft Emalı Zavodunda yanğın başlayıb
-
Basqalda şəhid övladlarının "Zəfər" intellektual yay düşərgəsi keçirilib
