IsDB tullantı suları sahəsində informasiya boşluğunu aradan qaldırmağa çağırıb
İslam İnkişaf Bankı (IsDB) Qrupu üzv dövlətləri tullantı suları sahəsində müxtəlif qurumlar arasında mövcud olan məlumat və informasiya boşluğunun aradan qaldırılmasına çağırış edib.
"Sizinxeber.az" xəbər verir ki, bunu IsDB Qrupun Kənd Təsərrüfatı, Su Ehtiyatları və Kənd İnkişafı üzrə meneceri Nizar Zaied Bakıda keçirilən Bankın 51-ci İllik Toplantıları çərçivəsində təşkil olunmuş panel müzakirələrində bildirib.
N. Zaied qeyd edib ki, bu istiqamətdə banklar və digər tərəfdaşlar arasında əməkdaşlıq böyük önəm daşıyır: "Xeyriyyə qurumları pilot layihələr üçün resurslar ayıra bilər, ancaq layihələrin miqyasını genişləndirmək üçün daha böyük həcmdə maliyyə vəsaitləri və resurslar tələb olunur. Buna görə də layihələri olan üzv ölkələr mümkün qədər sürətli addımlar atmalıdır. Biz sizinlə, Ümumdünya Səhiyyə Təşkilatı ilə və türkiyəli tərəfdaşlarımızla inteqrasiya platformaları vasitəsilə təcrübəni yaymaq və müxtəlif üzv dövlətlərdə tətbiq etmək üçün birgə fəaliyyətə hazırıq".
O həmçinin bildirib ki, tullantı suyu dəfələrlə və təkrar şəkildə istifadə oluna bilər: "Bunu nəzərə almalıyıq. İlk növbədə bu, ictimai sağlamlığın qorunması və erkən aşkarlama üçün mühüm bir vasitədir. Digər tərəfdən isə kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi və yaşanıla bilən bir planet üçün dəyərləndirə biləcəyimiz vacib bir ehtiyatdır".
Oxşar xəbərlər
Mikayıl Cabbarov: "İsDB ilə əməkdaşlıq Azərbaycanın inkişafında mühüm rol oynayıb"
CGIAR rəhbəri: "Tullantı sularının təmizlənməsi xərclərinin azaldılması üçün investisiyalar artırılmalıdır"
ADSEA tullantı suları və ətraf mühitin monitorinqi üçün əsas çətinlikləri açıqlayıb
IsDB: Süni intellekt və rəqəmsal texnologiyalar audit sahəsində daha geniş tətbiq olunacaq
Bakıda Ümumdünya İslam İqtisadçıları Proqramına start verilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlham Əliyev: "Bu gün yoxsulluğun və işsizliyin səviyyəsi təqribən 5 faiz təşkil edir"
-
Qana millisinin baş məşqçisi Karluş Keyroş: "Dünya çempionatında qələbə asan əldə olunmur"
-
Ağakərim Səmədzadə: "Azərbaycan ekoloji siyasəti iqtisadiyyatın bütün əsas sahələrinə inteqrasiya edir"
-
Yəmən sahilində daha bir gəmiyə silahlı hücum oldu
-
Cəlal Hüseynov: "Rumıniya klubuna keçidim karyeramda irəliyə atılan addımdır"
-
"İnter" Marko Palestra üçün "Atalanta"ya təklif göndərib
