Culfada baş verən yanğında xəsarət alan azyaşlı ölüb - YENİLƏNİB-2
Bu gün Culfa şəhərində baş verən yanğın zamanı xəsarət alan azyaşlı həyatını itirib.
"Report"un yerli bürosunun məlumatına görə, həkimlərin səylərinə baxmayaraq, yanğın nəticəsində xəsarət alan 2023-cü il təvəllüdlü Emil Cəfər oğlu Zeynalovun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, yanğın zamanı 2004-cü il təvəllüdlü Fidan Dünyamin qızı Zeynalova da xəsarət alıb. Hazırda onun müalicəsi davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
Culfa şəhərində beşmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı xəsarət alanların kimliyi və son vəziyyətləri açıqlanıb.
"Report"un yerli bürosunun məlumatına görə, hadisə nəticəsində 2004-cü il təvəllüdlü Fidan Dünyamin qızı Zeynalova və onun 2023-cü il təvəllüdlü övladı Zeynalov Emil Cəfər oğlu xəsarət alıblar.
Yaralılar ilkin olaraq Culfa Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, daha sonra isə vəziyyətləri nəzərə alınaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasına təxliyə ediliblər.
Onların vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Naxçıvan Muxtar Respublikası (MR) Culfa şəhərində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı iki nəfər xəsarət alıb.
"Report"un yerli bürosunun məlumatına görə, hadisə şəhərdəki beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində qeydə alınıb.
Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub, yanğın söndürülüb.
Yanğın nəticəsində xəsarət alan iki nəfər Culfa Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, vəziyyətləri normal qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Culfada baş verən yanğında xəsarət alan ana və övladının vəziyyəti ağırdır - YENİLƏNİB
Culfada yanğında xəsarət alan azyaşlı ölüb, anasının müalicəsi davam edir - FOTO - YENİLƏNİB
Culfada yaşayış binasında yanğın olub, iki nəfər xəsarət alıb
Culfada binada yanğın olub, ana və azyaşlı övladı xəsarət alıb - FOTO
Batabat yolunda avtomobil yoldan çıxıb, 5 nəfər xəsarət alıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan və Niderland probasiya sahəsində əməkdaşlıq edəcək
-
Gədəbəyə güclü yağış yağıb, dolu düşüb
-
Meksikada Dünya Kubokunun açılış günü yeddi böyük aksiya keçiriləcək
-
Gəncədə kütləvi davada 7 nəfər xəsarət alıb
-
İran silahlı qüvvələrini tam döyüş hazırlığına gətirib
-
ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirib - YENİLƏNİB - 2
