CGIAR rəhbəri: "Tullantı sularının təmizlənməsi xərclərinin azaldılması üçün investisiyalar artırılmalıdır"
Dünyada su qıtlığının dərinləşdiyi bir dövrdə tullantı sularının təmizlənərək yenidən istifadəsi həm ərzaq təhlükəsizliyinin təmin olunması, həm də su resurslarının qorunması baxımından strateji əhəmiyyət daşıyır. Lakin bir çox ölkələr bu sahədə zəruri infrastrukturun qurulması və müasir təmizləmə texnologiyalarının tətbiqi üçün kifayət qədər maliyyə və investisiya imkanlarına malik deyil.
"Report" xəbər verir ki, bunu Beynəlxalq Kənd Təsərrüfatı Tədqiqatları üzrə Məsləhət Qrupunun (CGIAR) İcraçı İdarəedici Direktoru Ismahane Elouafi Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində təşkil olunmuş panel müzakirələrində bildirib.
Onun sözlərinə görə, tullantı sularının təmizlənməsi xərclərinin azaldılması üçün ilk növbədə innovativ texnologiyalara investisiyalar artırılmalıdır.
"Beləliklə, biz qlobal miqyasda su qıtlığını, qida təhlükəsizliyi ilə bağlı riskləri və qidalanma çatışmazlığını azaltmaq üçün təmizləmə texnologiyalarına və təmizlənmiş suların kənd təsərrüfatında təkrar istifadəsinə diqqət yetirməliyik. Bu, kritik dərəcədə vacibdir, çünki su qıtlığı bəşəriyyətin üzləşdiyi ən ciddi çağırışlardan biridir", - deyə o qeyd edib.
I.Elouafi vurğulayıb ki, təbiətdə bütün sistemlər bir-biri ilə sıx bağlıdır və ətraf mühitə vurulan zərər son nəticədə insanlara geri qayıdır: "Əgər biz bir yerə zərərli maddələr daxil ediriksə, onlar yox olmur, müxtəlif yollarla yenidən bizə təsir göstərir. Buna görə də tullantı sularının israf edilməməsi, təmizlənməsi və kənd təsərrüfatında yenidən istifadəsi üçün effektiv həllər tapılmalıdır".
CGIAR rəsmisinin fikrincə, tullantı sularının ekoloji monitorinqi gələcəkdə qida təhlükəsizliyinin və ictimai sağlamlığın qorunması üçün vacib ortaq infrastruktura çevrilməlidir.
O qeyd edib ki, su, torpaq, heyvan və insan sağlamlığı üzrə müşahidə sistemləri erkən mərhələdə risklərin aşkarlanmasına, yeni xəstəliklərin müəyyən edilməsinə və qida təhlükəsizliyinin gücləndirilməsinə imkan verir. Bu yanaşma xüsusilə antimikrob müqaviməti kimi qlobal təhlükələrin qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır.
Oxşar xəbərlər
IsDB tullantı suları sahəsində informasiya boşluğunu aradan qaldırmağa çağırıb
Böyük Britaniya rəsmisi: "Su təhlükəsizliyinə investisiyalar artırılmalıdır"
Dünya Bankı: Qida sektoruna iqlim dəyişikliyinin təsirini azaltmaq üçün ayrılan vəsait artırılmalıdır
"Bakı İqlim Fəaliyyəti Həftəsi"ndə kənd təsərrüfatına ayrılan maliyyə müzakirə edilib
CGİAR rəsmisi: “İqlim dəyişikliyi ilə mübarizədə əsaslı sərmayələrə ehtiyac var”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlham Əliyev: "Bu gün yoxsulluğun və işsizliyin səviyyəsi təqribən 5 faiz təşkil edir"
-
Qana millisinin baş məşqçisi Karluş Keyroş: "Dünya çempionatında qələbə asan əldə olunmur"
-
Ağakərim Səmədzadə: "Azərbaycan ekoloji siyasəti iqtisadiyyatın bütün əsas sahələrinə inteqrasiya edir"
-
Yəmən sahilində daha bir gəmiyə silahlı hücum oldu
-
Cəlal Hüseynov: "Rumıniya klubuna keçidim karyeramda irəliyə atılan addımdır"
-
"İnter" Marko Palestra üçün "Atalanta"ya təklif göndərib
