Sədr müavini: Aqrar sahədə Dövlət Proqramının icrası üçün Qazax-Tovuz iqtisadi rayonunda geniş imkanlar var
sizinxeber.az xəbər saytı

Sədr müavini: Aqrar sahədə Dövlət Proqramının icrası üçün Qazax-Tovuz iqtisadi rayonunda geniş imkanlar var


Qlobal iqlim dəyişiklikləri, su resurslarının məhdudlaşması, beynəlxalq bazarlardakı rəqabətin kəskinləşməsi daha çevik və uzaqgörən addımların atılmasını şərtləndirir.

Sizinxeber.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədr müavini İlham Bayramov "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi ilə bağlı Şəmkirdə Qazax-Tovuz iqtisadi rayonu üzrə regional müşavirədə deyib.

O bildirib ki, Dövlət Proqramı kənd təsərrüfatının ənənəvi ekstensiv inkişafdan intensiv inkişafa keçidin sürətlənməsini, rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının təmin olunmasını nəzərdə tutur: "Məlumdur ki, Dövlət Proqramının uğurlu icrası üçün həm dövlət, həm də özəl sektorun resurslarının cəlb edilməsi nəzərdə tutulmuşdur. Bu baxımdan Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən sahibkarlarla işin daha da intensivləşdirilməsi, layihə əsaslı təşəbbüslərin dəstəklənməsi, sahibkarlarla dövlət qurumları arasında koordinasiyanın daha sürətli aparılması üçün fəaliyyətin gücləndirilməsi nəzərdə tutulmuşdur.

Onu da qeyd etmək istəyirəm ki, Dövlət Proqramında nəzərdə tutulmuş bir sıra tədbirlərin icrası üçün Qazax-Tovuz iqtisadi rayonunda geniş imkanlar var.

Fürsətdən istifadə edərək kənd təsərrüfatında fəaliyyət göstərən fermer və sahibkarlara çağırış etməklə onları qəbul edilmiş Dövlət Proqramı ilə yaxından tanış olmağa, nəzərdə tutulan dövlət dəstəyi mexanizmləri barədə məlumatları öyrənməklə onlardan faydalanmağa dəvət edirəm. Şəmkir Rayon İcra Hakimiyyəti adından bir daha bildirirəm ki, rayonda kənd təsərrüfatının, ümumilikdə sahibkarlığın inkişafı istiqamətində irəli sürülən təşəbbüsləri dəstəkləməyə, aidiyyəti dövlət qurumları ilə koordinasiyanın effektiv təşkilinə yardım etməyə hazırıq".

Oxşar xəbərlər

İcra başçısı: Şəmkirdə aqrar sahədə ciddi irəliləyiş əldə olunub
ADSEA sədri: Dövlət Proqramının ana xəttini intensiv təsərrüfatçılığa keçid təşkil edir
Kənd təsərrüfatında pivot, damlama və sprinkler suvarma sistemlərinin tətbiqi genişləndiriləcək
Nazir müavini: Yeni dövlət proqramı aqrar dəyər zəncirinin bütün mərhələlərini əhatə edir
Prezidentin köməkçisi: Su və torpaq resurslarından səmərəli istifadə Dövlət Proqramının əsas prioritetlərindəndir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər