Mahir Emreli Kiprin APOEL klubunun təklifini qəbul etməyib
sizinxeber.az xəbər saytı

Mahir Emreli Kiprin APOEL klubunun təklifini qəbul etməyib


Almaniyanın "Kayzerslautern" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin kayrerasını Kiprin APOEL komandasında davam etdirmək variantı olub.

"Sizinxeber.az"un əldə etdiyi məlumata görə, Nikosiya təmsilçisi 28 yaşlı hücumçunu heyətinə qatmaq üçün təklif də göndərib.

Forvard özü bu klubda oynamaq istəməyib. Ötən mövsüm II Bundesliqa təmsilçisində az forma şansı əldə edən M.Emreli digər təklifləri də dəyərləndirir.

Xatırladaq ki, Mahir Emrelinin "Kayzerslautern"lə müqaviləsinin müddəti 2028-ci ilin yayınadək qüvvədədir.

Oxşar xəbərlər

Mahir Emreli Almaniya klubunda 10 nömrəli formanı geyinəcək
Mahir Emreli qol vurub, "Kayzerslautern" qələbə qazanıb
Mahir Emreli: "Özümü təsdiqləmədən Vətənə qayıtmaq istəmirəm"
Mahir Emrelinin komandasının Almaniya Kubokundakı rəqibi bəlli olub
Mahir Emreli: “İlk qələbə asan əldə olunmur”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər