DOST Agentliyi dövlət xidmətlərinin layihələndirilməsi və göstərilməsi üsulunu dəyişməyi hədəfləyir
sizinxeber.az xəbər saytı

DOST Agentliyi dövlət xidmətlərinin layihələndirilməsi və göstərilməsi üsulunu dəyişməyi hədəfləyir


DOST dövlət xidmətlərinin layihələndirilməsi və təqdim olunması metodunu köklü şəkildə dəyişdirməyi qarşısına məqsəd qoyub.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə DOST Agentliyi İdarə Heyətinin sədri Fərid Məmmədov Bakıda təşkil edilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində keçirilmiş panel müzakirələrində bildirib.

Onun fikrincə, reallaşdırılan hər bir prosesin mərkəzində vətəndaşlar dayanmalıdır: "Yeddi ildən çox müddət ərzində DOST modeli Azərbaycanda sosial xidmətlərin transformasiyasında və təqdim edilməsində əhəmiyyətli rol oynayıb. Bu gün DOST şəffaflıq, səmərəlilik, inklüzivlik və rəqəmsal innovasiya prinsipləri üzərində formalaşmış uğurlu sosial bir pəncərə modeli olaraq qəbul olunur.

O, müxtəlif beynəlxalq qurumlardan tanınma və mükafatlar əldə edib. Ölkələr və fərqli təşkilatlar sosial xidmətlərin göstərilməsinə effektiv yanaşmalar axtarışındadır. Biz əminik ki, sosial siyasət sahəsində innovasiya, rəqəmsal transformasiya, məlumatlara əsaslanan qərarların qəbulu və süni intellekt daha geniş miqyasda bölüşülməlidir ki, daha böyük təsir əldə olunsun və insanların həyatı ilə rifahı təkmilləşdirilsin".

F. Məmmədov qeyd edib ki, bu yanaşmaları əsas götürərək, DOST Mükəmməllik Mərkəzi təşəbbüsünü irəli sürürlər: "Hədəfimiz bilik paylaşımını, təhsili və beynəlxalq əməkdaşlığı yeni səviyyəyə qaldırmaqdır. Mərkəz araşdırmaları dəstəkləyəcək, rəqəmsal və süni intellektə söykənən həlləri təşviq edəcək, təlim proqramlarını həyata keçirəcək, həmçinin hökumətlər, beynəlxalq təşkilatlar və mütəxəssislər arasında əməkdaşlıq üçün yeni imkanlar formalaşdıracaq. Biz bu təşəbbüsü yalnız Azərbaycan üçün dəyərli bir resurs kimi deyil, eyni zamanda region və İslam ölkələri miqyasında sosial xidmətlərin inkişafına dəstək verə biləcək bir platforma olaraq dəyərləndiririk".

F. Məmmədov bütün tərəfdaşları və maraqlı tərəfləri bu təşəbbüsün formalaşmasına qatılmağa çağırıb: "Birgə şəkildə biz bilik mübadiləsi aparıb, innovativ həllər hazırlayıb və yeni nəsil sosial xidmətlərin inkişafına töhfə verə bilərik".

Oxşar xəbərlər

Hidayət Abdullayev: "DOST modeli sosial xidmətlərin göstərilməsini kökündən dəyişib"
IsDB: Azərbaycanın DOST modeli digər ölkələrdə tətbiq edilə bilər
Niger dövlət başçısının xüsusi müşaviri 1 saylı Bakı DOST Mərkəzində olub
Son dörd ayda “Könüllü DOST” proqramına 500-dən çox şəxs cəlb olunub
DOST mərkəzi: Yaxın zamanda Azərbaycanda e-sosial platforması yenilənəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər