İlham Əliyev "Diplomatik xidmət haqqında" qanuna dəyişiklikləri təsdiqləyib
Müddətli həqiqi hərbi və ya alternativ xidmətə çağırılması ilə əlaqədar xidmətinə xitam verilmiş diplomatik xidmət əməkdaşlarına orta aylıq dövlət məvacibinin 3 misli miqdarında müavinət ödəniləcək.
"Sizinxeber.az" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Diplomatik xidmət haqqında" qanuna dəyişiklikləri təsdiqləyib.
Belə ki, diplomatik xidmət orqanının ləğvi istisna olmaqla, müddətli həqiqi hərbi xidmətə çağırılanadək diplomatik vəzifədə xidmət keçmiş şəxslər, hərbi xidmətdən buraxıldıqdan ən geci 60 təqvim günü keçənədək əvvəlki diplomatik vəzifəsini tutmaq üçün müraciət etdikdə həmin orqanda əvvəlki və ya analoji vəzifəyə təyin ediləcəklər.
Bundan əlavə, diplomatik xidmət orqanı əməkdaşı vəfat etdikdə, habelə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə onun xidmətinə xitam veriləcək. Bu halda diplomatik xidmət əməkdaşının vərəsələrinə orta aylıq dövlət məvacibinin 4 misli miqdarında müavinət ödəniləcək.
Həmçinin diplomatik xidmət əməkdaşlarının dövlət məvacibi aylıq vəzifə maaşı, diplomatik rütbəyə görə əlavə haqq, təmsilçiliyə görə əlavə haqq, xidmət üçün zəruri olan hallarda aylıq iş vaxtı norması beş saatdan çox artırılanda işlədiyi hər saata görə ödənilən əlavə haqq və əmək qanunvericiliyinə əsasən əmək şəraiti ilə əlaqədar diplomatik xidmət əməkdaşlarına şamil edilən əlavələrdən (xidmət şəraitinin ağır və zərərliliyinə, iqlim şəraiti və s.) ibarət olacaq.
Oxşar xəbərlər
Diplomatların hərbi xidmətə çağırılmasına dair dəyişikliklər ilk oxunuşda qəbul olunub
Hərbi xidmətə çağırılan diplomatlar üçün yeni müavinət...
Diplomatik xidmət orqanı əməkdaşlarının pul mükafatı ləğv olunur
Hərbi xidmətə çağırılan diplomatlar üçün yeni müavinət və imtiyaz müəyyənləşir
İtkin düşmüş və ölmüş elan edilən diplomatların vərəsələrinə müavinət ödəniləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlham Əliyev: "Bu gün yoxsulluğun və işsizliyin səviyyəsi təqribən 5 faiz təşkil edir"
-
Ağakərim Səmədzadə: "Azərbaycan ekoloji siyasəti iqtisadiyyatın bütün əsas sahələrinə inteqrasiya edir"
-
Cəlal Hüseynov: "Rumıniya klubuna keçidim karyeramda irəliyə atılan addımdır"
-
"İnter" Marko Palestra üçün "Atalanta"ya təklif göndərib
-
Neft Emalı Zavodunda yanğın başlayıb
-
Basqalda şəhid övladlarının "Zəfər" intellektual yay düşərgəsi keçirilib
