Jasurbek Çoriyev: TRACECA yeni rəqəmsal mərkəz vasitəsilə sərhəd prosedurlarını optimallaşdırmağı təklif edir
sizinxeber.az xəbər saytı

Jasurbek Çoriyev: TRACECA yeni rəqəmsal mərkəz vasitəsilə sərhəd prosedurlarını optimallaşdırmağı təklif edir


TRACECA Rəqəmsal Transformasiya və Beynəlxalq Nəqliyyat Dəhlizlərinə İnteqrasiya Mərkəzinin yaradılmasını təklif edir.

"Report"un Daşkəndə ezam olunmuş rəhbəri xəbər verir ki, bunu TRACECA-nın baş katibi Jasurbek Çoriyev Daşkənd Beynəlxalq İnvestisiya Forumunda bildirib.

Onun sözlərinə görə, təşəbbüs sərhəd prosedurlarının optimallaşdırılması ilə məşğul olacaq Rəqəmsal Transformasiya və Beynəlxalq Nəqliyyat Dəhlizlərinə İnteqrasiya Mərkəzinin yaradılmasını nəzərdə tutur.

O qeyd edib ki, söhbət buraxılış məntəqələrində prosedurların azaldılması üçün "optimallaşdırma laboratoriyası"nın yaradılmasından, həmçinin təhlükəsizlik səviyyəsi qorunmaqla yüklərin keçidini sürətləndirməli olan risklərin idarə edilməsi üçün süni intellekt sistemlərinin tətbiqindən gedir.

"Təcrübələrin unifikasiyasına xüsusi diqqət yetirilir: vahid tarif yanaşmalarının işlənib hazırlanması və ticarət prosedurlarının sadələşdirilməsi təklif olunur. Həmçinin UN/CEFACT (MMT RDM) əsasında məlumat mübadiləsi üzrə beynəlxalq standartların harmonizasiyası planlaşdırılır", - Çoriyev bildirib.

O həmçinin, iştirakçıların hərəkətlərinin əlaqələndirilməsindən nəqliyyat dəhlizlərinin operativ idarə edilməsinə keçidə yönəlmiş TRACECA-nın 2026-2030-cu illər üçün strategiyasını təqdim edib

"Onun əsas məqsədi investorlar və yük göndərənlər üçün multimodal tranzitin tam proqnozlaşdırıla bilməsi və şəffaflığının təmin edilməsindən ibarətdir", - o qeyd edib.

Baş katibin sözlərinə görə, strategiya çərçivəsində üç əsas prioritet müəyyən edilib: sərhədlərdə fiziki və rəqəmsal "dar yerlərin" aradan qaldırılması, 14 iştirakçı ölkə arasında elektron sənədlərin qarşılıqlı tanınması vasitəsilə rəqəmsallaşmanın dərinləşdirilməsi, eləcə də logistika marşrutlarının müqayisəli qiymətləndirilməsi üçün TRACECA dəhlizinin səmərəlilik indeksinin tətbiqi hesabına etibarlılığın artırılması.

Oxşar xəbərlər

TRACECA-nın baş katibi: "Orta Dəhlizin inkişafı Azərbaycansız mümkün deyil"
Latviya TRACECA-da müşahidəçi ölkə statusu alıb
TRACECA: Üzv dövlətlər milli infrastrukturun inkişafında irəliləyişlər əldə edib
Cavid Qurbanov: "Rəqəmsallaşma və prosedurların sadələşdirilməsi TRACECA üzrə daşımaları artıracaq"
ADY: TRACECA layihəsi üzrə vahid sənəd dövriyyəsinin təbiqinə start verilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər