Fərid Qayıbov: Yaylagül Ramazanovaya baxan gənc qız və oğlanlarımız kamandan oxatma yarışlarına maraq göstərəcəklər
İnanırıq ki, Yaylagül Ramazanovaya baxan gənc qız və oğlanlarımız da kamandan oxatma yarışlarına maraq göstərəcəklər.
"Sizinxeber.az" xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov deyib.
Avropa Oyunları Parkında start götürən Kamandan Oxatma üzrə Azərbaycan birinciliyi və çempionatı barədə danışan nazir yarışın yüksək səviyyədə təşkil olunduğunu bildirib:
"Bu gün Azərbaycan birinciliyi və çempionatı start götürür. Hər bir iştirakçıya uğurlar arzu edirəm. Ümid edirik ki, yaxın vaxtlarda ölkəmizdə bu idman növünə aid beynəlxalq yarışlar da keçiriləcək. İlk növbədə idmançılarımızın sayı artmalıdır. Bildiyiniz kimi, Parisdə keçirilən Yay Olimpiya Oyunlarında kamandan oxatma yarışında təmsil olunmuşduq. Sevindirici haldır ki, Azərbaycanın öz yetirməsi olan Yaylagül Ramazanova olimpiadada ölkəmizi adına çıxış etdu. Biz inanırıq ki, Yaylagül xanıma baxan gənc qız və oğlanlarımız da kamandan oxatma yarışlarında qüvvələrini sınamaq istətəcəklər".
Qeyd edək ki, Azərbaycan birinciliyi və çempionatına avqustun 25-i yekun vurulacaq.
Oxşar xəbərlər
Kamandan Oxatma üzrə Azərbaycan birinciliyi və çempionatının açılış mərasimi keçirilib
Kamandan oxatma üzrə Azərbaycan birinciliyi və çempionatı keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
Günəşdə güclü partlayış oldu
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
