Tramp: İyunda Azərbaycanla Ermənistan arasında sülh üzrə məhsuldar müzakirələri səbirsizliklə gözləyirik
ABŞ Prezidenti Donald Tramp adminstrasiyasının iyunda Azərbaycanla Ermənistan arasında sülh mövzusunda məhsuldar müzakirələrin aparılmasını səbirsizliklə gözlədiyini bəyan edib.
"Sizinxeber.az"un məlumatına görə, bu barədə ABŞ Prezidentinin Azərbaycan Prezidenti İlham Əliyevə "Bakı Enerji Həftəsi"nin başlaması ilə əlaqədar göndərdiyi məktubda deyilir:
"Zati-aliləri, Azərbaycan Respublikasının Prezidenti hörmətli cənab İlham Əliyev.
31-ci "Bakı Enerji Həftəsi"ni keçirdiyiniz vaxtda Sizə və Azərbaycan xalqına öz təbriklərimi çatdırıram. Bu nailiyyət Azərbaycanın enerji təhlükəsizliyi sahəsində göstərdiyi liderlik keyfiyyətlərinin sübutudur.
Ölkələrimiz karbohidrogen sektorunda uzun tarixi olan əməkdaşlığa malikdir və əlçatan, zəngin enerjinin təmin edilməsinə sadiqdirlər. Birləşmiş Ştatlar Azərbaycanın neft-qaz sənayesinin çox böyük tərəfdarıdır və mən qətiyyətlə inanıram ki, qlobal enerji təhlükəsizliyi sahəsində əsaslı tərəfdaşlığımızın əhəmiyyəti gələcək illərdə yalnız artacaqdır.
Biz Ağ Evdə görüşdüyümüz zaman irəliyə doğru addım atdıq və Ermənistan ilə Azərbaycan arasında uzunmüddətli sülhə nail olduq. Bildiyiniz kimi, regional enerji inteqrasiyası avqustun 8-də keçirilmiş tarixi sülh sammitinin əsas sütunudur. Mənim Administrasiyam bu mövzu ilə əlaqədar iyun ayında məhsuldar müzakirələri səbirsizliklə gözləyir.
Biz birlikdə sülhü irəliyə doğru aparacaq, rifahı gücləndirəcək və Sizin bölgədə, bütün dünyada daha əmin gələcək quracağıq. Uğurlu "Bakı Enerji Həftəsi" münasibətilə bir daha təbriklərimi çatdırıram".
Oxşar xəbərlər
Donald Tramp Prezident İlham Əliyevi təbrik edib
Gürcüstanın Prezidenti Zati-aliləri cənab Mixeil Kavelaşvilidən
Britaniya kralı İlham Əliyevi təbrik edib
Bayram Beqay: Azərbaycanla Ermənistanın sülh bəyannaməsi imzalaması əməkdaşlığa yol açan tarixi mərhələdir
Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ İrana zərbələr endirdi
-
Azərbaycanın U-17 millisi Qazaxıstanla qarşılaşacaq
-
Bərdədə ağır yol qəzasında 10 nəfər xəsarət alıb - FOTOLENT - YENİLƏNİB-2
-
Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq edib
-
"Zirə" 5 futbolçu ilə yollarını ayırıb
-
İlham Əliyev: Zəngəzur dəhlizi mütləq inşa ediləcək
