Bakıda kamandan oxatma üzrə Azərbaycan birinciliyi və çempionatı keçiriləcək
sizinxeber.az xəbər saytı

Bakıda kamandan oxatma üzrə Azərbaycan birinciliyi və çempionatı keçiriləcək


Bakıda kamandan oxatma üzrə ölkə birinciliyi və çempionatı keçiriləcək.

"Report" Azərbaycan Kamandan Oxatma Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışda müxtəlif bölgələrdən 60-a yaxın idmançı iştirak edəcək.

Kişi və qadın oxatanlar örtülü salonda üç yaş kateqoriyasında (16 yaşa qədər yeniyetmələr, 16-18 yaşlı gənclər və böyüklər) hədəfi 18 metrdən nişan alacaqlar.

Turnirin proqramına əsasən, fevralın 5-də məşq sessiyaları və sıralama atışları baş tutacaq. Ayın 6-da çempionata start veriləcək və oxatanlar mübarizəyə başlayacaqlar. Nəhayət, 1/4 finaldan finala qədər davam edəcək yarışa fevralın 7-də yekun vurularaq qaliblərin mükafatlandırılma mərasimi keçiriləcək.

Turnirin açılış mərasimi ayın 6-da Bakı İdman Sarayında baş tutacaq.

Oxşar xəbərlər

Kamandan oxatma üzrə Azərbaycan birinciliyi və çempionatı keçiriləcək
Fərid Qayıbov: Yaylagül Ramazanovaya baxan gənc qız və oğlanlarımız kamandan oxatma yarışlarına maraq göstərəcəklər
Federasiya prezidenti: Gələn il MDB ölkələri arasında kamandan oxatma yarışı Xankəndidə keçiriləcək
Kamandan Oxatma üzrə Azərbaycan birinciliyi və çempionatının açılış mərasimi keçirilib
Kamandan Oxatma üzrə Azərbaycan birinciliyi və çempionatının qalibləri müəyyənləşib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər