Yol Polisi səfərdən dönən sürücülərə müraciət edib
Baş Dövlət Yol Polisi İdarəsinin səfərdən dönən yol hərəkəti iştirakçılarına müraciət edib.
İdarədən Sizinxeber.az-ya verilən məlumata görə, bayramlarla əlaqəli qeyri-iş günlərində bölgələrə səfər etmiş əhalinin daimi yaşayış yerlərinə qayıtması ilə yollarda hərəkət intensivliyi artacaqdır.
Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edərək tətil günlərinin xoş əhval-ruhiyyə ilə başa çatması üçün təhlükəsizlik qaydalarına əməl etməyi, mümkün qədər günün işıqlı vaxtı yola çıxmağı, yorğun, yuxusuz sükan arxasına əyləşməməyi xahiş edir.
Xüsusilə sürücüləri yola çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki sazlığına diqqət yetirməyə, yol və hava şəraitini düzgün qiymətləndirməyə, yolboyu ötmə və manevretmə qaydalarına, sürət rejiminə ciddi əməl etməyə çağırırıq.
Oxşar xəbərlər
DYP səfərdən dönən hərəkət iştirakçılarına müraciət edib
DYP bayram tətilindən dönən hərəkət iştirakçılarına müraciət edib
Yol polisi Bakıya qayıdan sürücülərə müraciət edib
DYP qeyri-iş günləri ilə bağlı müraciət edib
Baş Dövlət Yol Polisi İdarəsi bayram günləri ilə əlaqədar müraciət edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
PSJ UEFA Çempionlar Liqasının qalibi olub
-
Braziliyada Ebola virusuna şübhəli yoluxma halı araşdırılır
-
Laosda su basmış mağaradan 10 gündən sonra dörd nəfər xilas edilib
-
Naxçıvanda çayda köməksiz qalan şəxs xilas edilib
-
Florida Məhkəməsi Trampın ABŞ-nin Vergi Xidmətinə qarşı işi bərpa edib
-
Göygöl rayonunda avtomobil idarəetmədən çıxaraq aşıb, xəsarət alanlar var
