Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir
ABŞ bundan sonra da təbii sərvətlərin hasil olunması və ixrac edilməsi istiqamətində Azərbaycanla əməkdaşlığı davam etdirmək arzusundadır.
"Report"un məlumatına görə, bunu Amerika Birləşmiş Ştatlarının İqtisadiyyat, Enerji və Biznes məsələləri üzrə Büronun katibinin köməkçisi Kaleb Orr 31-ci "Bakı Enerji Həftəsi"nin açılışında çıxış edərkən deyib.
"Üç onillik ərzində ABŞ və Azərbaycan uzunmüddətli tərəfdaşlıq qurub. Azərbaycan enerji təhlükəsizliyinin irəliyə doğru aparılmasında regionda çox mühüm tərəfdaşdır. Azərbaycan, həmçinin müasir neft sənayesinin beşiyidir. Bizim 30 il öncə imzaladığımız "Əsrin müqaviləsi" bütövlükdə bütün neft və qaz bazarlarında vəziyyəti dəyişdi, bir çox nəsillərə xidmət etdi. Bizim strateji tərəfdaşlığımıza dair Saziş Bakıda Vitse-prezident Vens və Azərbaycan Prezidenti Əliyev tərəfindən imzalanıb. ABŞ bundan sonra da təbii sərvətlərin hasil olunması və ixrac edilməsi istiqamətində Azərbaycanla əməkdaşlığı davam etdirmək arzusundadır", - o deyib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisini qəbul edib
Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclası keçiriləcək
Alparslan Bayraktar: Türkiyənin Azərbaycanla nümunəvi enerji əməkdaşlığı var
İlham Əliyev ABŞ Dövlət katibinin köməkçisini qəbul edib
Azərbaycan Çin şirkəti ilə enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzalayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ İrana zərbələr endirdi
-
Azərbaycanın U-17 millisi Qazaxıstanla qarşılaşacaq
-
Bərdədə ağır yol qəzasında 10 nəfər xəsarət alıb - FOTOLENT - YENİLƏNİB-2
-
Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq edib
-
"Zirə" 5 futbolçu ilə yollarını ayırıb
-
İlham Əliyev: Zəngəzur dəhlizi mütləq inşa ediləcək
