"Baker Hughes": "Əməkdaşlığın əsas məqsədi əlavə dəyər yaratmaqdır"
sizinxeber.az xəbər saytı

"Baker Hughes": "Əməkdaşlığın əsas məqsədi əlavə dəyər yaratmaqdır"


Neft-qaz sənayesində şirkətlərlə texnologiya tərəfdaşları arasında əməkdaşlığın əsas məqsədi artıq yalnız tənzimləyici tələblərə əməl etmək deyil, əlavə dəyər yaratmaqdır.

"Report" xəbər verir ki, bunu "Baker Hughes" şirkətinin emissiyaların azaldılması üzrə strateji təşəbbüslər rəhbəri Sumaya Tebbi Bakıda keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi çərçivəsində Bakı Ekspo Mərkəzində təşkil olunan panel müzakirələrində bildirib.

Onun sözlərinə görə, enerji şirkətləri ilə texnologiya təchizatçıları arasında əməkdaşlıq layihələrin uğurla həyata keçirilməsində mühüm rol oynayır.

"Əgər beş il əvvəl bu mövzunu müzakirə etsəydik, əsas diqqət tələblərə uyğunluğa və ölçmələrin aparılmasına yönəlmiş olardı. Bu gün isə əsas məqsəd dəyər yaratmaqdır. Şirkətlər strateji tərəfdaşlardan yalnız xidmət göstərilməsini deyil, həm də biznesə əlavə fayda gətirən həllər gözləyirlər. Texnologiya tərəfdaşı ilə əməkdaşlıq sadəcə xidmətin təqdim edilməsindən ibarət deyil. Burada əsas məsələ əlavə dəyərin yaradılmasıdır", – deyə o vurğulayıb.

Qonağın sözlərinə görə, uğurlu əməkdaşlığın əsas komponentlərindən biri də texnologiya ilə yanaşı, ekspert biliklərinin və praktiki təcrübənin paylaşılmasıdır: "Şirkətlərə təkcə texnologiya deyil, həm də onun tətbiqi ilə bağlı ekspertiza lazımdır. Məhz bu yanaşma uzunmüddətli və səmərəli tərəfdaşlığın formalaşmasına imkan yaradır".

Oxşar xəbərlər

SOCAR: Operatorlar, texnologiya təchizatçıları və xidmət şirkətləri arasında sıx əməkdaşlıq vacibdir
Azərbaycanda ABŞ şirkətinin enerji sektoruna töhfəsi müzakirə olunub
Azərbaycan "Baker Hughes" ilə emissiyaların azaldılmasını müzakirə edib
SOCAR Xəzər regionunda ilk dəfə "Leucipa" monitorinq proqramının tətbiqinə başlayır
Macarıstan səfiri: "Azərbaycan Mərkəzi Asiya və Avropanın kəsişməsində strateji tərəfdaşdır"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər