Putin Paşinyanla Aİİ-nin Astana sammitinin nəticələrini müzakirə edib
Rusiya Prezidenti Vladimir Putin Ermənistan Baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı Putin və Paşinyan 29 mayda Astanada keçirilmiş Ali Avrasiya İqtisadi Şurasının iclasının nəticələrini müzakirə edib.
Eyni zamanda, Putin Ermənistan liderini doğum günü münasibətilə təbrik edib.
Qeyd edək ki, mayın 29-da Astanada keçirilən Avrasiya İqtisadi İttifaqı Ali Şurasının iclasında Rusiya, Qazaxıstan, Belarus və Qırğızıstan prezidentləri Ermənistanın Aİİ-dəki vəziyyəti ilə bağlı bəyanat qəbul ediblər. Bəyanatda Ermənistan hakimiyyətinə Avrasiya İqtisadi İttifaqı ilə Avropa İttifaqı arasında seçim məsələsi üzrə mümkün qədər tez referendum keçirmək çağırışı edilib.
Oxşar xəbərlər
Putin Paşinyanla Avrasiya İqtisadi Şurasının Astana görüşünün nəticələrini müzakirə edib
Paşinyan Aİİ liderlərinin Aİ ilə bağlı bəyanatına cavab verib: Hazırda referendum üçün heç bir əsas yoxdur
Putin və Paşinyan Ermənistanın KTMT-dəki fəaliyyətini müzakirə etməyiblər
Putin Qazaxıstana səfər edib
Putin Paşinyanla Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını müzakirə edib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ İrana zərbələr endirdi
-
İsrail Livandakı Bofor qalasını "təhlükəsizlik zonası"nın bir hissəsi kimi saxlayacaq
-
"Politico": ABŞ miqrasiya siyasətini sərtləşdirmək üçün reklam məlumatlarından istifadə edə bilər
-
Azərbaycanın U-17 millisi Qazaxıstanla qarşılaşacaq
-
Bərdədə ağır yol qəzasında 10 nəfər xəsarət alıb - FOTOLENT - YENİLƏNİB-2
-
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
