Sədərəkdə müəllim və şagirdlər yeni tədris dərs ilində məktəbə velosipedlərlə gəliblər
sizinxeber.az xəbər saytı

Sədərəkdə müəllim və şagirdlər yeni tədris dərs ilində məktəbə velosipedlərlə gəliblər


Sədərəkdə müəllim və şagirdlər yeni tədris dərs ilində məktəbə velosipedlərlə gəliblər.

"Report"un yerli bürosu xəbər verir ki, bu gün Naxçıvan Muxtar Respublikasının hər yerində olduğu kimi, Sədərək kənd 1 nömrəli tam orta məktəbdə də Bilik Günü qeyd edilib, yeni tədris ilinin ilk zəngi çalınıb.

Amma burada kollektiv yeni tədris ilinə digər məktəblilərdən fərqli başlayıblar. Belə ki, müəllim və şagirdlər məktəbə uzaq məsafələrdən avtomobillə yox, velosipedlərlə gəliblər.

Kollektiv bu nümunəvi hərəkətləri ilə təbiətin dostu olmağın ismarışını verməklə yanaşı, “Yaşıl Dünya Naminə Həmrəylik İli”nə də özünəməxsus töhfələrini veriblər.

Qeyd edək ki, bu ənənə Dəmirçi kəndində də davam etdirilir və hər iki kənddəki məktəbin həyətində velosiped dayanacaqları quraşdırılıb.

Oxşar xəbərlər

Şuşa, Xankəndi və Xocalıda tədris bərpa olunur
Bu gün Azərbaycanda ilk dərs günüdür
Yeni tədris ilində Naxçıvandakı orta məktəblərdə 52 mindən çox şagird təhsil alacaq
Bakıda 6 məktəb əsaslı təmirlə bağlı köçürülüb
Naxçıvanda 3797 uşaq birinci sinfə, 3171 uşaq məktəbə hazırlığa qəbul olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər