Güclü qar nəticəsində Cəlilabad-Yardımlı yolunda hərəkət məhdudlaşıb - FOTO - VİDEO
sizinxeber.az xəbər saytı

Güclü qar nəticəsində Cəlilabad-Yardımlı yolunda hərəkət məhdudlaşıb - FOTO - VİDEO


Güclü qar nəticəsində 72 kilometrlik Cəlilabad-Yardımlı yolunda hərəkət bir neçə gündür ki, kifayət qədər məhdudlaşıb. Cəlilabad-Yardımlı istiqamətində olan kəndlərdə qarın hündürlüyü 40 sm-ə çatıb.

Sizinxeber.az-nın cənub bürosunun verdiyi xəbərə görə, bu yolla bağlı rayonun Buravar, Badamağac, Əsədli, Ləkin, Musalı, Şatırlı və digər kəndlərində avtomobillərin hərəkətində çətinliklər yaradıb.

Yerli sakinlərin sözlərinə görə, bəzi yaşayış məntəqələrində qarın hündürlüyü 30-40 santimetrə qədər çatıb. Cəlilabad rayon icra hakimiyyətinin müavini, fövqəladə hallar komissiyasının sədri Qalib Xudaverdiyevin verdiyi məlumata görə, 3 gündür aramsız yağan qarın hərəkət çətinliyi yaratdığı yolda qar təmizləyən texnika və işçi qüvvəsi səhər saatlarından başlayaraq yolun açılmasını həyata keçirirlər.

Qeyd edək ki, bölgədə qar yağışı fasilələrlə davam edir. Ən çox qar ucqar dağ kəndlərində yağıb, burada qarın hündürlüyü 30-40 sm-ə çatır. Sinoptiklər gün ərzində yağıntının davam edəcəyini və bəzi yerlərdə intensivləşəcəyini bildirir.

Oxşar xəbərlər

Naxçıvanda qarölçmə işlərinə başlanılıb
Cəlilabadda yeni inşa olunan piyada keçidi uçub - FOTO - YENİLƏNİB
Paytaxta yenidən yağan qarın təmizlənməsi işləri davam edir - FOTOLENT
Cəlilabadda 9 rayonun sakinləri üçün "Gözləriniz bizə əmanət" layihəsi baş tutacaq
“Lənkəran, Astara, Masallı və Yardımlıda 36 saatdır elektrik enerjisi verilmir”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər