Türkiyədə COP31 çərçivəsində nazirlərin şəhərsalma və iqlim üzrə beşinci müşavirəsi keçirilə bilər
Braziliya Antalyada keçiriləcək COP31 çərçivəsində nazirlərin şəhərsalma və iqlim məsələlərinə həsr olunmuş beşinci müşavirəsini təşkil etməyi planlaşdırır.
"Report"un məlumatına görə, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) energetika və infrastruktur nazirinin müavini Məhəmməd İbrahim Həsən Əl-Mənsuri Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Şəhər iqlim fəaliyyəti və davamlı urbanizasiya üzrə Bakı Davamlılıq Koalisiyasının yüksək səviyyəli iclasında bəyan edib.
"Biz bu gündəliyi şüurlu şəkildə formalaşdırmaq və onu real məzmunla doldurmaq üçün böyük səy göstərdik. Şəhərlər sadəcə xəritədəki işarələr deyil - onlar həm də iqlim həllərinin hərəkətverici qüvvəsidir və gələcək nəsillərə miras qoymağa çalışdığımız gələcəyi formalaşdırır", - o vurğulayıb.
Xatırladaq ki, BMT-nin İqlim Dəyişmələri Konfransının (COP31) 9-20 noyabr 2026-cı il tarixlərində Antalyada keçirilməsi planlaşdırılır. Buna səbəb Avstraliyanın sammitə ev sahibliyi etmək hüququnu Türkiyəyə ötürməsi və həmsədrlikdən imtina etməsidir.
Oxşar xəbərlər
WUF13-də şəhər iqlimi üzrə müşavirələrin institusionallaşdırılması müzakirə olunub
Türkiyə Bakı koalisiyasının daimi iqlim dialoqu platformasına çevrilməsinin tərəfdarıdır
Hasan Suver: Türkiyə 2053-cü ilədək karbon neytrallığına nail olmağı planlaşdırır
COP31-ə Antalyanın namizədliyi irəli sürülüb
COP-31-ə Antalyanın namizədliyi irəli sürülüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul veriləcək?
-
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
-
Lamiyə Əl Səud: Mənzil təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün başlanğıc nöqtədir
-
Dövlət Komitəsinin sədri: "İqtisadi canlanma azad olunmuş ərazilərin bərpasının vacib hissəsidir"
-
Keniyalı qonaq: "WUF13 Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün mühüm platformadır"
-
AK nümayəndəsi: Son onillikdə şəhərlərdə əhali sıxlığı ya artıb, ya da olduğu kimi qalıb
