Hasan Suver: Türkiyə 2053-cü ilədək karbon neytrallığına nail olmağı planlaşdırır
sizinxeber.az xəbər saytı

Hasan Suver: Türkiyə 2053-cü ilədək karbon neytrallığına nail olmağı planlaşdırır


Türkiyə 2053-cü ilədək karbon neytrallığına nail olmağı qarşısına məqsəd qoyub.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini Hasan Suver Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Şəhər iqlim fəaliyyəti və dayanıqlı urbanizasiya üzrə Bakı Davamlılıq Koalisiyasının yüksəksəviyyəli iclasında bildirib.

O qeyd edib ki, Türkiyə strateji hədəfə - 2053-cü ilədək sıfır karbon balansına nail olmağa istiqamətlənərək "yaşıl inkişaf" siyasətini planlı şəkildə həyata keçirir.

"2026-cı ildə Antalyada keçiriləcək COP31 konfransı iqlim maliyyəsi, təmiz energetika, karbon bazarları və su ehtiyatlarından səmərəli istifadə sahələrində konkret nəticələr verə biləcək inklüziv və praktikaya yönəlmiş sammit olmalıdır", - nazir müavini vurğulayıb.

Bundan əlavə, H. Suver COP prosesləri ilə Ümumdünya Şəhərsalma Forumu arasında koordinasiyanı gücləndirmək çağırışı ilə çıxış edib.

Oxşar xəbərlər

Türkiyə Bakı koalisiyasının daimi iqlim dialoqu platformasına çevrilməsinin tərəfdarıdır
Hasan Suver: "Enerji transformasiyası və şəhərsalma siyasəti bir-birini tamamlayan iki əsas sahəyə çevrilib"
Mixail Mişustin: "Rusiya 2060-cı ilədək karbon neytrallığına nail olmağı planlaşdırır"
Türkiyədə COP31 çərçivəsində nazirlərin şəhərsalma və iqlim üzrə beşinci müşavirəsi keçirilə bilər
Küveyt Vəliəhdi: 2060-cı ilədək karbon neytrallığına nail olmağı hədəfləyirik

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər