Cəlilabadda yeni inşa olunan piyada keçidi uçub - FOTO - YENİLƏNİB
Cəlilabadda piyada keçidinin uçması nəticəsində bağlı qalan yol açılıb.
Sizinxeber.az-nın cənub bürosunun verdiyi xəbərə görə, Cəlilabad rayonunun Heydər Əliyev prospektində baş verən qəza nəticəsində yeni istifadəyə verilən yerüstü piyada keçidi uçub və həmin istiqamətdə yol bir müddət bağlı qalıb.
Polis əməkdaşları tərəfindən qəza baş vermiş ərazidə nəqliyyatın hərəkət axınının tənzimlənməsi həyata keçirilib. Aidiyyəti qurumlar tərəfindən görülən tədbirlər nəticəsində yolda hərəkət artıq tam şəkildə bərpa olunub.
20:50
Cəlilabadda qəza nəticəsində piyada keçidi uçub.
Sizinxeber.az-nın cənub bürosunun verdiyi məlumata görə, Cəlilabad şəhərinin Heydər Əliyev prospektində yüksək sürətlə hərəkət edən iri tonnajlı nəqliyyat vasitəsi yerüstü piyada keçidinin altına dəyib.
Nəticədə keçid aşaraq hissələrə bölünüb. Hazırda yolda nəqliyyatın hərəkəti dayanıb. Qeyd edək ki, yerüstü keçid yaxınlıqda yerləşən 3 nömrəli məktəbin heyətinin, həmçinin rayon sakinlərinin yolun qarşı və əks tərəfinə rahat keçməsi məqsədilə tikilib.
Hadisənin təfərrüatları dəqiqləşdirilir.
Oxşar xəbərlər
Cəlilabadda yeni inşa olunan piyada keçidi uçub - FOTO
Cəlilabadda baş verən qəzada piyada ölüb
Cəlilabadda yol qəzası baş verib, ölən var
Cəlilabadda toy karvanında xəsarət alan 73 yaşlı kişi ölüb - FOTO - YENİLƏNİB
Cəlilabadda avtomobil 14 yaşlı piyadanı vuraraq öldürüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”












