Paytaxta yenidən yağan qarın təmizlənməsi işləri davam edir - FOTOLENT
sizinxeber.az xəbər saytı

Paytaxta yenidən yağan qarın təmizlənməsi işləri davam edir - FOTOLENT


Artıq bir neçə gündür ki, paytaxta yağan qarın yenidən intensivləşməsi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) və paytaxt rayonlarının kommunal strukturları gücləndirilmiş iş rejimində çalışırlar.

Bakı Şəhər İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, gecə saatlarından etibarən şəhər və rayon kommunal xidmətlərinin xüsusi texnikaları əsas avtomobil yollarına və magistrallara, maili yerlərə, sürüşmə ehtimalı olan küçə və prospektlərə texniki duz səpib və bu işlər gün ərzində davam edəcəkdir.

Eyni zamanda səhər saatlarından kommunal xidmətlərin əməkdaşları, işlərə cəlb olunan əlavə işçi qüvvəsi tərəfindən metro stansiyaları, avtobus dayanacaqları, piyada səkiləri, küçə boyunca ictimai-iaşə və digər obyektlərin və digər müəssisələrin qarşısının təmizlənməsi, buz bağlamış yerlərə duz səpilməsi və digər təmizlik işlərini həyata keçirilir. Qarın ən çox düşdüyü ərazilər xüsusi diqqətdə saxlanılır.
Qeyd edək ki, bu işlərin daha rahat və operativ həyata keçirilməsi üçün paytaxtın müxtəlif ərazilərində texniki duz toplanan məntəqələr yaradılıb. Ümumilikdə bu işlərə 100-dən çox xüsusi texnika və 2000-dən çox işçi qüvvəsi cəlb edilib.

Oxşar xəbərlər

Bakıda sürüşmə ehtimalı olan küçə və prospektlərə texniki duz səpilib - FOTO
Paytaxtda növbəti iməcilik keçirilib, küçələr yuyulub - FOTO - YENİLƏNİB
Bakıda küçələri təmizləmək üçün 10 yeni tozsoran alınıb
Bakıda iməcilik keçirilib
Bakıda gözlənilən qarlı havaya görə icra hakimiyyətlərinə tapşırıqlar verilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər