Vado Karovinin kürəkəni ilə bağlı qərar verildi
“Speys” müstəqil teleradio şirkətində kadr dəyişiklikləri davam edir. Verilən məlumata görə, telekanalın icraçı direktoru Nəriman Əbdüləliyev bu gün vəzifəsindən uzaqlaşdırılıb. Məsələ ilə bağlı məlumatı jurnalist Arifə Əliyeva paylaşıb.
Sizinxeber.Az Konkret.az-a istinadla xəbər verir ki, Nəriman Əbdüləliyev artıq bu gün kollektivlə görüşərək onlarla vidalaşıb. Qeyd edək ki, o, “Speys” TV-nin keçmiş baş direktoru Vado Karovinin kürəkənidir.
Vado Karovinin kanaldakı fəaliyyəti başa çatdıqdan sonra, Nəriman Əbdüləliyevin də tezliklə işdən çıxarılacağı media dairələrində gözlənilən addım kimi qiymətləndirilirdi.
Hazırda telekanalda rəhbər vəzifələrə yeni təyinatların olub-olmayacağı maraq doğurur.
Oxşar xəbərlər
İcraçı direktor: “Space” fəaliyyətini davam etdirir, optimallaşdırma aparılır
Bu telekanal bağlanır - Təcili
Speys TV fəaliyyətini dayandırır
Sərnişinlərdən xahiş edirəm: Qapı açılanda... - Sədr
Bakıda qalmaqallı məktəb direktoru İŞDƏN ÇIXARILDI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
DÇ-2026: İran Misirlə maçtda hesabı bərabərləşdirib - YENİLƏNİR-2
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
"Qarabağ" bu gün Avstriyada "Tirol" klubu ilə üz-üzə gələcək
