Ekspert: "Davamlı mənzil təminatı ilə ekoloji hədəflər arasında balans əsas çağırışdır"
Davamlı mənzil təminatı ilə ekoloji hədəflər arasında balans əsas çağırışdır.
"Sizinxeber.az" xəbər verir ki, bunu BMT-nin İnsan Məskənləri Proqramının (UN-Habitat) Torpaq, Mənzil və Sığınacaq Bölməsinin rəhbəri və Mənzil Təminatı üzrə aparıcı mütəxəssisi Ombretta Tempra Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Hamı üçün adekvat mənzil üzrə Hökumətlərarası Açıq Tərkibli Ekspert İşçi Qrupu: Mənzil dayanıqlılığı və davamlılığı üzrə sessiyalararası görüş"də bildirib.
"Regional səviyyəyə nəzər salaq, bunun müxtəlif regionlarda necə təzahür etdiyinə baxaq, çünki qlobal tendensiyaların olduğunu bilsək də, həm də regionlararası müxtəlifliyin çox böyük olduğunu bilirik. Yenə də görürük ki, bu, müxtəlif regionlarda necə təzahür edir, həm həssaslıq baxımından, həm də məsələn, karbon emissiyasına töhfə baxımından və s. Tikinti sektorunda adambaşına düşən CO2 emissiyası arasında böyük fərqin olduğunu görmək, qətiyyən təəccüblü deyil, məsələn, Afrikada adambaşına düşən ən aşağı töhfədir, həmçinin, Latın Amerikası və Cənub-Şərqi Asiya bu məsələdə müsbət nümunələrdir. Halbuki, digər tərəfdən, məsələn, adambaşına düşən töhfələr, inkişaf etmiş dünya və Yaxın Şərq ölkələrindən gəlir. Beləliklə, aydındır ki, həllərin fərqli modelləri, bəşəriyyət olaraq CO2 emissiyalarına necə töhfə verməyimizə həqiqətən təsir edir. Həmçinin, bəzən, regional mülahizələrə mənfi nöqteyi-nəzərdən baxılsa, məsələn, gecəqonduların yayılmasına baxsaq, bilirsiniz, oxşar tendensiyanı görərdik. Beləliklə, bizim burada çox mürəkkəb - çox müəyyənedici, qəti bir çətinliyimiz, yaxud dövrümüzün, zamanımızın müəyyənedici bir sınağı var ki, adekvat mənzil həllərini genişləndirməli olduğumuz yerlərə səylərimizi yönəldək və təkmilləşdirək, lakin eyni zamanda, biz bunu ekoloji təsirimizi və izimizi artırmaqla etmək istəmirik".
Oxşar xəbərlər
Ombretta Tempra: "Mənzil tikintisi və modernizasiyasında ekoloji standartlar genişləndirilməlidir"
UN-Habitat: Mənzil tikintisində dayanıqlılıq üçün yerli materialların təşviqi vacibdir
UN-Habitat: Davamlı mənzil həlləri ekoloji tənəzzülü azalda bilər
Ombretta Tempra: "Bina enerji kodlarının tətbiqi dekarbonizasiyanı sürətləndirir"
UN-Habitat rəsmisi: "Yaşıl sahələr və alternativ enerji sistemləri yaşayış keyfiyyətini artırır"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul veriləcək?
-
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
-
Lamiyə Əl Səud: Mənzil təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün başlanğıc nöqtədir
-
Dövlət Komitəsinin sədri: "İqtisadi canlanma azad olunmuş ərazilərin bərpasının vacib hissəsidir"
-
Keniyalı qonaq: "WUF13 Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün mühüm platformadır"
-
AK nümayəndəsi: Son onillikdə şəhərlərdə əhali sıxlığı ya artıb, ya da olduğu kimi qalıb
