Ombretta Tempra: "Bina enerji kodlarının tətbiqi dekarbonizasiyanı sürətləndirir"
85 ölkədə bina enerji kodlarının tətbiqi dekarbonizasiya prosesini sürətləndirir.
"Sizinxeber.az" xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Torpaq, Mənzil və Sığınacaq Bölməsinin rəhbəri və mənzil təminatı üzrə aparıcı mütəxəssisi Ombretta Tempra Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Hamı üçün adekvat mənzil üzrə Hökumətlərarası Açıq Tərkibli Ekspert İşçi Qrupu: Mənzil dayanıqlılığı və davamlılığı üzrə sessiyalararası görüş"də bildirib.
Onun sözlərinə görə, bir sıra çətinliklər olsa da, əslində eyni dərəcədə yeni yaranan imkanlar və həllər də mövcuddur: "Açıq İşçi Qrupu vasitəsilə bunları bölüşə, sosiallaşdıra və hamımız, uyğun olduğu təqdirdə, müvafiq kontekstimizdə tətbiq etməyi düşünə bilərik. Həyat dövrünün qiymətləndirilməsi metodologiyaları və yaşıl bina sertifikatlaşdırma sxemləri kimi davamlılıq çərçivələri genişlənir. Baxmayaraq ki, onlarda çox vaxt enerji səmərəliliyindən kənara çıxan davamlılığın bütöv anlayışı çatışmır. Tikinti və inşaat sektorunun dekarbonizasiyası irəliləyir, 85 ölkə bina enerji kodları qəbul edib və bir çox ölkələrdə enerji səmərəliliyi üzrə yenidənqurma işləri genişləndirilir. Mənzil fondunun iqlimə davamlılığını gücləndirmək tədbirləri də genişlənir və dairəvi (dönərli) tikinti getdikcə tanınır. Bununla belə, bu səylər iqlim təsirlərinin yumşaldılması və uyğunlaşma üzrə beynəlxof hədəflərdən geri qalır. Bir neçə hökumət xüsusi olaraq əlçatan mənzil təminatını hədəfləyən ekoloji standartlar tətbiq edib. Qeyri-rəsmi yaşayış məskənləri üçün iqlimə davamlılıq, ekoloji bərpa və gender həssaslığı perspektivlərini birləşdirən inteqrasiya olunmuş təkmilləşdirmə yanaşmaları ortaya çıxır. İnnovativ təşəbbüslər həmçinin tədrici və özünü-tikmə, özünü-tikmə proseslərində yaşıl və davamlı təcrübələri dəstəkləyir"ş
Oxşar xəbərlər
Ombretta Tempra: "Mənzil tikintisi və modernizasiyasında ekoloji standartlar genişləndirilməlidir"
UN-Habitat: Mənzil tikintisində dayanıqlılıq üçün yerli materialların təşviqi vacibdir
UN-Habitat rəsmisi: "Yaşıl sahələr və alternativ enerji sistemləri yaşayış keyfiyyətini artırır"
UN-Habitat: Davamlı mənzil həlləri ekoloji tənəzzülü azalda bilər
Ekspert: "Davamlı mənzil təminatı ilə ekoloji hədəflər arasında balans əsas çağırışdır"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul veriləcək?
-
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
-
Lamiyə Əl Səud: Mənzil təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün başlanğıc nöqtədir
-
Dövlət Komitəsinin sədri: "İqtisadi canlanma azad olunmuş ərazilərin bərpasının vacib hissəsidir"
-
Keniyalı qonaq: "WUF13 Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün mühüm platformadır"
-
AK nümayəndəsi: Son onillikdə şəhərlərdə əhali sıxlığı ya artıb, ya da olduğu kimi qalıb
