İlahə Qədimova: "Şahmatçılarımızın Astanada qazandığı nəticələri yüksək qiymətləndirirəm"
Azərbaycan şahmatçıları Qazaxıstanın Astana şəhərində keçirilən türkdilli ölkələr arasında çempionatda yüksək nəticələr göstərib.
Bunu "Report"a açıqlamasında Azərbaycan Şahmat Federasiyasının baş katibi və qadınlardan ibarət millinin kapitanı İlahə Qədimova deyib.
Qurum rəsmisi Günay Məmmədzadənin heyətə qayıtmasının sevindirici olduğunu vurğulayıb:
"Ümumilikdə hər üç komandanın çıxışını yüksək qiymətləndirirəm. Həm qadınlardan ibarət komanda, həm də U-16 millimiz sıx təqvimdə çıxış edərək birincilik qazandı. Kişi şahmatçılardan ibarət kollektiv isə fəxri kürsüdə üçüncü pilləyə yüksəldi. Əsas olan komandada hökm sürən mehriban idman ruhudu. Qızlar komanda kimi mübarizə apararaq məqsədə nail olmağı bacardı. Ötən il dünya çempionatında ikinci yeri tutmuşdular. Son illər qadın şahmatçılar mütəmadi olaraq bizi böyük uğurlarla sevindirirlər. Ona görə türkdilli ölkələrin yarışında qazanılan nəticə bizi təəccübləndirmədi. Birinci yerin taleyi Qazaxıstanla görüşdə həll olundu. Gərgin qarşılaşmada komanda çətin qələbə qazandı. Müəyyən fasilədən sonra Günay Məmmədzadənin heyətə qayıtması sevindirici oldu. Payızda Özbəkistanda Ümumdünya Şahmat Olimpiadası keçiriləcək. İnanırıq ki, qızlar bu mötəbər yarışda da layiqli çıxış edəcəklər".
İ.Qədimova kişi şahmatçılardan ibarət komandanın bəxtsizliklə üzləşdiyini söyləyib:
"Kişi şahmatçılardan ibarət komandamız Astanada əsas heyətlə təmsil olunmadı. Bununla belə, qazanılan bürünc medal yaxşı nəticədir. Türkdilli ölkələrdə kifayət qədər yaxşı şahmatçılar var. Bu səbəbdən mükafatlar asan qazanılmadı. Məhz belə yarışlar şahmatçıların təcrübəsinin artırmasına imkan verir. Birinci yeri tutmaq şanslarımız yüksək idi, bəxt komandanın yanında olmadı".
Baş katib U-16-nın üzvü Xaqan Əhmədin nəticəsini xüsusi qabardıb:
"Ümumiyyətlə, 16 yaşlılardan ibarət komandada perspektivli şahmatçılarımız var. Yaxın keçmişdə 16 yaşlılardan ibarət komandamız Ümumdünya Şahmat Olimpiadasında birinci yeri tutub. Fikrimcə, bu yaş kateqoriyasında Azərbaycanda istedadlı şahmatçılar çoxdur. Keçirdiyi 6 görüşün hamısında qələbə qazanan Xaqan Əhmədi xüsusi qeyd etmək istərdim. Birinci lövhədə inamlı təsir bağışladı, Qazaxıstan çempionunu məğlub etməklə ümumi uğurda böyük rol oynadı. Ümumiyyətlə, komanda ilə birgə olan Fərid Abbasov, Qədir Hüseynov və Nicat Abasovun bu uğurda əməyinin olduğunu deməliyəm".
Xatırladaq ki, Azərbaycan şahmatçıları turniri 2 qızıl, 1 bürünc medalla tamamlayıblar.
Oxşar xəbərlər
Azərbaycan şahmatçıları Astanada türkdilli ölkələrin çempionatında iştirak edəcək
Fərrux Mahmudov: “Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Dünya Seriyasında əla performans göstərdi”
AVF rəsmisi: Həm kişi, həm də qadınlar arasında Azərbaycan çempionatında 6 komanda yarışacaq
AQİNF rəsmisi Arina Kaluqinanın dünya çempionatındakı çıxışını yüksək qiymətləndirib
Azərbaycan şahmat millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul veriləcək?
-
Keniyalı qonaq: "WUF13 Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün mühüm platformadır"
-
Lamiyə Əl Səud: Mənzil təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün başlanğıc nöqtədir
-
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
-
İdrissa Di: IDB və UN-Habitat dayanıqlı şəhərlər üçün təbiətyönümlü həllər irəli sürür
-
İndiyədək Şuşada 27 abidə bərpa edilib - Xüsusi nümayəndə
