TDT Baş katibi: Qarabağda şəhərlərimiz çox sürətlə bərpa olunur, prosesdə üzv dövlətlər də iştirak edir
sizinxeber.az xəbər saytı

TDT Baş katibi: Qarabağda şəhərlərimiz çox sürətlə bərpa olunur, prosesdə üzv dövlətlər də iştirak edir


Qarabağın bərpası təcrübəsi Türk Dövlətləri Təşkilatı ölkələri üçün müasir şəhərsalma modeli hesab oluna bilər.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev deyib.

“Dünən öz çıxışında cənab Prezident İlham Əliyev də qeyd etdi ki, azad olunmuş ərazilərdə hansı işlər görülür. Biz özümüz də bunun şahidiyik. Təkcə Türk dünyasının nümayəndələri deyil, bütün dünya şahiddir ki, bu ərazilər, şəhərlərimiz, o cümlədən Şuşa, Laçın, Xankəndi çox sürətlə bərpa olunur. Üstəlik, bərpa prosesində ilk iştirak edənlər arasında üzv dövlətlərimiz - Qazaxıstan, Qırğızıstan və Özbəkistan da olub. Orada məktəblər, mədəniyyət mərkəzləri, məscid və digər layihələr həyata keçirilir. Ən əsası isə, Azərbaycan özü həmin ərazilərə böyük həcmdə investisiya yatırır, çox böyük səylər göstərir. Rəqəmlərin özü də bunu göstərir ki, nə qədər insan artıq geri qayıdıb. Bu isə çox qısa müddətdə baş verib. Təsəvvür edin ki, təxminən üç onillik ərzində orada heç nə tikilməmişdi, heç bir inkişaf yox idi. Əgər o ərazilər dağıdılmasaydı, bu gün hansı səviyyədə inkişaf etmiş olardı? Mən düşünürəm ki bu təkcə nümunə deyil, nümayiş etdirilən model olmalıdır”, - Baş katib bildirib.

O qeyd edib ki, Türk Dövlətləri Təşkilatına üzv olan hər bir ölkədə “ağıllı şəhər” konsepsiyası həyata keçirilir: “Məsələn, bu gün burada pavilyonlarda Özbəkistanın “Yeni Daşkənd” layihəsini görmək olar. Qazaxıstanda, Qırğızıstanda yeni tullantı emalı zavodları, “ağıllı şəhər” layihələri təqdim olunur. Üstəlik, ortaq layihələr də mövcuddur. Buna görə də bütün bunlar artıq müəyyən model formalaşdırır”.

Oxşar xəbərlər

TDT Baş katibi Azərbaycanda Zirvə görüşünün yüksək səviyyədə keçəcəyinə əmindir
Prezident İlham Əliyev: Əminəm ki, Türk Dövlətləri Təşkilatının çox böyük gələcəyi var
TDT Baş katibi: Tibb sahəsində əməkdaşlıq çərçivəsində məsləhətləşmələr həyata keçirilir
TDT-nin Baş katibi: Ekoloji problemlər milli sərhədləri tanımır
Prezident İlham Əliyev: Türk dünyasının birləşməsi TDT-nin hər bir üzvünü gücləndirəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər