Nazir müavini: COP31-i praktik nəticələr ortaya qoyan zirvə halına gətirməyi hədəfləyirik
sizinxeber.az xəbər saytı

Nazir müavini: COP31-i praktik nəticələr ortaya qoyan zirvə halına gətirməyi hədəfləyirik


Türkiyə olaraq 2026-cı ildə Antalyada keçiriləcək COP31-i bütün tərəflərin səsini eşidə biləcəyi, etimad yaradan, praktik nəticələr ortaya qoyan zirvə halına gətirməyi hədəfləyirik.

Sizinxeber.az xəbər verir ki, bunu Bakıda bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində Türk Dövlətləri Təşkilatının (TDT) Yüksək Səviyyəli Şəhər Dialoqunda Türkiyə Respublikasının ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi üzrə nazir müavini Hasan Suver deyib.

O qeyd edib ki, bu çərçivədə əsas prioritetlər iqlim maliyyəsinə çıxış, texnologiya əməkdaşlığı, bank sektoruna uyğun layihə portfelləri, karbon bazarları, dayanıqlı şəhər tətbiqləridir:

“Eyni zamanda fəlakətlərdən zərər görmüş şəhərlərin daha təhlükəsiz, davamlı, insan mərkəzli şəkildə yenidən qurulmasına nümunə yaradırıq. Bu çərçivədə “Dayanıqlı Şəhərlər Deklarasiyası”nın maliyyə bazasını gücləndirmək üçün Sustainable Cities Resilience Fund adlı beynəlxalq fond üzərində işləyirik.

Türkiyə 2053-cü il xalis sıfır emissiya hədəfi istiqamətində yaşıl inkişaf vizyonunu qətiyyətlə davam etdirir”.

Oxşar xəbərlər

WUF13 çərçivəsində TDT-nin şəhərsalma üzrə yüksəksəviyyəli dialoqu təşkil ediləcək
Azərbaycan Türkiyənin COP31 sədrliyi ilə bağlı Hatay Bəyannaməsini dəstəkləyib
Çinli nazir: Şəhərlərin gələcəyi dünya ölkələrinin birgə səylərindən asılıdır
2026-cı ildə Azərbaycanda Ümumdünya Şəhər Forumu və Ümumdünya Ətraf Mühit Günü keçiriləcək
Litvalı nazir müavini: Azərbaycanın Ukraynanın bərpasına verdiyi dəstəyi alqışlayırıq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər