Azərbaycan ilə EBRD arasında Gəncə və Naxçıvanla bağlı müzakirələr aparılıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
19 
may
2026
19:30
0
0
1 375
ff aaaaaaa

Azərbaycan ilə EBRD arasında Gəncə və Naxçıvanla bağlı müzakirələr aparılıb

19 may, 2026
19:30
1 375

Azərbaycan ilə EBRD arasında Gəncə və Naxçıvanla bağlı müzakirələr aparılıb

İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Dayanıqlı İnfrastruktur Qrupunun idarəedici direktoru Harri Boyd-Karpenter ilə görüşüb və Gəncə Yaşıl Şəhər Fəaliyyət Planı çərçivəsində həyata keçirilən tədbirlər barədə müzakirələr aparıb.

"Report" xəbər verir ki, M. Cabbarov bu barədə "X" sosial şəbəkə hesabında yazıb.

"Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankının Dayanıqlı İnfrastruktur Qrupunun idarəedici direktoru Harri Boyd-Karpenter ilə görüşümüzdə əməkdaşlığın gündəliyində olan prioritet istiqamətləri nəzərdən keçirdik.

Gəncə Yaşıl Şəhər Fəaliyyət Planı çərçivəsində həyata keçirilən tədbirlər, şəhərlərin su təchizatının və Naxçıvanda nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, şəhərsalma layihələri barədə müzakirələr apardıq".

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul