Bəzi yerlərdə intensiv yağış yağır - FAKTİKİ HAVA
sizinxeber.az xəbər saytı

Bəzi yerlərdə intensiv yağış yağır - FAKTİKİ HAVA


Mayın 19-u saat 18:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən məlumata görə, ölkə ərazisinin bəzi rayonlarında yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti arabir Naftalanda 28, Goranboyda 27, Tərtərdə 24, Tovuz və Mingəçevirdə 20, Bərdədə 18, Sabirabadda 17, Kəlbəcər bə Gəncədə 16 m/s-dək güclənir.

Şahbuz, Culfa, Ağstafa, Balakən, Quba, Qusar, Qrız, Xaltan, Şabran, Yardımlı, Lerik, Lənkəran, Astarada arabir yağış yağır. Bəzi yerlərdə yağıntılar intensiv xarakterlidir.

Ordubad, Sarıbaş (Qax), Qusar, Qrızda duman müşahidə olunur. Görünüş məsafəsi 500 m-dək məhdudlaşır.

Oxşar xəbərlər

Ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterlidir, Şahdağa qar yağır - FAKTİKİ HAVA
Yağıntılı hava davam edir, Şahdağa qar yağır, İsmayıllının kəndlərinə dolu düşüb - FAKTİKİ HAVA - YENİLƏNİB
Bəzi ərazilərə yağış, Şahdağa qar yağır - FAKTİKİ HAVA
Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA
Küləkli və yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər