Şimali Kiprin Baz nazirinin müavini: Türk dünyasının şəhər anlayışının təməlində insan var » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
19 
may
2026
19:00
0
0
1 270
ff aaaaaaa

Şimali Kiprin Baz nazirinin müavini: Türk dünyasının şəhər anlayışının təməlində insan var

19 may, 2026
19:00
1 270

Şimali Kiprin Baz nazirinin müavini: Türk dünyasının şəhər anlayışının təməlində insan var

Türk dünyasının şəhər anlayışının təməlində insan vardır.

"Sizinxeber.az" xəbər verir ki, bunu Şimali Kiprin Baş nazirinin müavini, turizm, mədəniyyət, gənclik və ətraf mühit naziri Fikri Ataoğlu WUF13 çərçivəsində Türk Dövlətləri Təşkilatının Yüksək Səviyyəli Şəhər Dialoqunda deyib.

O, belə bir önəmli tədbirə ev sahibliyi etdiyi üçün bu Azərbaycana təşəkkür edib:

"Bu gün burada ortaq gələcək, mədəni miras, davamlı inkişaf və insanyönümlü şəhər anlayışından danışırıq. Çünki şəhərlər artıq sadəcə insanların yaşadığı sahələr deyil, həm də iqtisadiyyatın, mədəniyyətin, turizmin, texnologiyanın və sosial yaşamın mərkəzidir. Eyni zamanda cəmiyyətlərin kimliyini və gələcəyə baxışını əks etdirən yerlərdir. Türk dünyasının şəhər anlayışının təməlində isə insan vardır. Bizim mədəniyyətimiz insanı mərkəzə alan məhəllə mədəniyyətini, qonşuluğu, tarixi toxunuşu və çevrəni qoruyan bir mədəniyyətdir".

O əlavə edib ki, Şimali Kiprin Şərqi Aralıq dənizində məhdud təbii qaynaqları olsa da, zəngin tarixi və mədəni mirasa sahib bir ölkədir:

"Kipr türk xalqı illərdir məruz qaldığı izolyasiyalara və beynəlxalq aləmdəki müxtəlif məhdudiyyətlərə rəğmən, iqtisadi inkişaf, rifahın artırılması və yaşam keyfiyyətinin yüksəldilməsi yönündə qərarlı addımlar atır".

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul