DSMF ilə Səudiyyə Ərəbistanının Sosial Sığorta üzrə Baş Təşkilatı arasında gələcək əməkdaşlıq müzakirə olunub
sizinxeber.az xəbər saytı

DSMF ilə Səudiyyə Ərəbistanının Sosial Sığorta üzrə Baş Təşkilatı arasında gələcək əməkdaşlıq müzakirə olunub


"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov Səudiyyə Ərəbistanı Krallığının Sosial Sığorta üzrə Baş Təşkilatının (SSBT) rəhbəri Əbdüləziz Həsən Əl Buq ilə görüşüb".

Bu barədə Sizinxeber.az-ya Dövlət Sosial Müdafiə Fondundan verilən məlumat deyilib.

Bildirilib ki, Beynəlxalq Sosial Təminat Assosiasiyasının Ər-Riyadda (Səudiyyə Ərəbistanı) keçirilən Regional Sosial Təminat Forumu çərçivəsində baş tutan görüşdə son illər ölkəmizdə həyata keçirilən sosial islahatlar diqqətə çatdırılıb.

"Dövlət sosial xidmətlərinin rəqəmsallaşdırılması və proaktiv təyinat mexanizmlərinin qurulması sahəsində əldə olunan nailiyyətlər, DOST Konsepsiyası barədə məlumat verilib. Həmçinin SSBT rəhbəri Təşkilatın fəaliyyət sahələrində görülən işləri qeyd edib. Görüşdə DSMF və SSBT arasında gələcək əməkdaşlıq, o cümlədən məlumat və təcrübə mübadiləsinin həyata keçirilməsi, ekspertlər səviyyəsində sahəvi görüşlərin təşkili məsələləri müzakirə edilib", - deyə məlumatda bildirilib.

Oxşar xəbərlər

DSMF sədri İSSA-nın Asiya və Sakit okean ölkələri üzrə Regional Sosial Təminat Forumunda iştirak edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Rusiya nümayəndə heyəti ilə görüş olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Özbəkistanla əmək, məşğulluq, sosial müdafiə sahələrində təcrübə mübadiləsi aparılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
DSMF Böyük Britaniyada mükafata layiq görülüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
DSMF: Ötən ay sosial yardımlar üzrə əhaliyə 734,3 milyon manatdan çox vəsait ödənilib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle