Məşğulluq Agentliyinin Qarabağ Universiteti ilə əməkdaşlığı çərçivəsində 50 nəfər işlə təmin edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərdə məşğulluğun təmin edilməsi istiqamətində Qarabağ Universiteti ilə də fəal əməkdaşlıq həyata keçirir.
Bu barədə APA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumatda deyilib.
Bildirilib ki. onlardan bir hissəsi işğaldan azad olunan ərazilərə köçürüləcək, hazırda ətraf ərazilərdə məskunlaşmış keçmiş məcburi köçkünlərdir. Daha bir qrup şəxsin də ali təhsil ocağında məşğulluğunun təminatı üçün birgə iş aparılır.
Görüşdə bölgədə icra olunan aktiv məşğulluq proqramları haqqında məlumat verilib, aktiv məşğulluq proqramlarının icrasında Agentliklə Universitet arasında gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.
Qeyd edilib ki, Qarabağ Universiteti bu günlərdə Şuşada təşkil olunan ilk əmək yarmarkasında da iştirak edərək, təhsil ocağında mövcud vakansiyaları təqdim edib.
Oxşar xəbərlər
Azad olunmuş ərazilərdə fəaliyyət göstərən bir sıra işəgötürənlərlə görüş olub
Bir qrup media nümayəndəsi Ağdam Sənaye Parkında həyata keçirilən işlərlə tanış olub
Talış kəndinə köçürülən sakinlərdən 40 nəfərin məşğulluğu təmin olunub
Məşğulluq Agentliyinin göndərişi əsasında 50 nəfər Qarabağ Universitetində işlə təmin edilib
Şuşada ilk dəfə əmək yarmarkası keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













