Paşinyan Aİİ-nin bəyanatını sərt tənqid edib: Cavab verməlidirlər ki, təşkilat mövcuddurmu, yoxsa yox?
Ermənistan Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvü olaraq qalır və təşkilat çərçivəsində fəaliyyətini davam etdirir.
“Armenpress” xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
“Biz mövcuduq və Aİİ-nin üzvüyük. İndi Avrasiya İqtisadi İttifaqı özü deməlidir ki, o mövcuddur, yoxsa yox”, – Ermənistan hökumətinin başçısı qeyd edib.
Paşinyan deyib ki, yaxın vaxtlarda Aİİ daxilində yaranmış vəziyyətlə bağlı müzakirələrə başlayacaq.
“Əlbəttə, mənim də həmkarlarımıza suallarım var. Mənim iştirakım olmadan qəbul etdikləri bəyanatın praktikada nə demək olduğunu anlamalıyıq”, – o əlavə edib.
Ermənistanın Baş naziri vurğulayıb ki, Aİİ üzvlərindən hər hansı birinin digər üzv ölkəyə qarşı birtərəfli qərarlar qəbul etməsi təşkilatın mahiyyətinə ziddir.
“Biz başa düşməliyik ki, Aİİ-nin istənilən üzvü bir səhər oyanıb digər üzv ölkəyə qarşı belə qərarlar qəbul edə bilərmi? Mənim qiymətləndirməmə görə, bu sualın cavabı “bəli”dirsə, deməli, Aİİ özünü buraxdığını bəyan edir və biz də bundan sonrakı addımlarımızı buna uyğun müəyyən etməli olacağıq”, – Paşinyan əlavə edib.
Oxşar xəbərlər
Paşinyan Avrasiya İqtisadi İttifaqının sammitinin İrəvanda keçirilməsini məqsədəuyğun saymayıb
Nikol Paşinyan: “Erməni Soyqırımı” bu gün Ermənistanın xarici siyasətinin prioritetləri sırasında deyil
Paşinyan Qarabağ hərəkatını Ermənistanın dövlətçiliyinə təhlükə adlandırıb
Paşinyan: Cənubi Qafqazda inkişaf baş verəcək
Paşinyan: Ermənistan qonşularının suveren ərazilərini tanıyır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
AZAL: Yeni “Airbus A321neo” istənilən istiqamətdə təhlükəsiz istismar oluna bilər - VİDEO
-
Azərbaycanda bəzi bankların kart əməliyyatlarında texniki problem yaşanır
-
ABB bəzi kart əməliyyatları ilə bağlı texniki problem yarandığını açıqlayıb
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
DÇ-2026: Son tura start verilir
